Ermənistan ordusunun yüksək rütbəli zabiti həbs olunub

Loading...
Ermənistan ordusunun yüksək rütbəli zabiti həbs olunub
22:40 14-04-2018 | icon 25

Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı həbs olunub.

milletinsesi.info “News.am”a  istinadən xəbər verir ki, adı açıqlanmayan zabit  polisin Ermənistan milli təhlükəsizlik nazirliyinin əməkdaşları  ilə birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin məlumatlara görə, o, 2017-ci ildən bəri gənc əsgərlərin ilkin hərbi hazırlığı arzuolunan hərbi hissələrdə keçməsi üçün onların valideynlərindən külli miqdarda rüşvət alıb.  

Polkovnik-leytenantın artıq müstəntiqlərə ifadə verdiyi bildirilir.

F.M.

loading...