'Qara kəmər' əməliyyatının baş 'qəhrəma'ının oğlu Seymur Nəsirovun BDYPİ-də özbaşınalığı - ARAŞDIRMA

'Qara kəmər' əməliyyatının baş 'qəhrəma'ının oğlu Seymur Nəsirovun BDYPİ-də özbaşınalığı - ARAŞDIRMA
15:54 13-04-2018 | icon 569

Qeyd edək ki, BDYPİ-də baş verən qanunsuzluqlar səngimək bilmir. Azərbaycan mediasında bu barədə çox saylı məlumatlar dərc edilməsinə sonra Dİ nazirliyi həmin yazılara görə, yüksək tədbirlər həyata keçirməkdədir. Həmçinin qeyd edək ki, dövlət qurumlarında işə düzələrkən yaxın qohumların məhkumluq yəni cinayət məsuliyyətinə cəlb edilən (qardaş, bacı, ata, oğul, qız.. nəzərdə tutulur) şəxslərin qəbulu qanunla qadağan edilməkdədir. Redaksiyamıza edilən çox saylıə şikayətlərin nəticəsində Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının qanuna zidd özbaşınalıqları ilə əlaqədardır. Belə ki, narazılıqların əsası “Qara kəmər” əməliyyatı zamanı həbs edilən Zakir Nəsirovun oğlu Seymur Nəsirovun özbaşınalığı ilə bağlıdır. Həmçinin qeyd edək ki, Zakir Nəsirov Ölkə rəhbəri İlham Əliyevin əfv fərmanı zamanı bağışlanaraq azadlığa buraxılıb. Əfv edilməsi üzərində cinayət işinin olmaması demək deyil yəni qonunla yenədə Seymur Nəsirovun DİN orqanlarında fəaliyyəti əslində qadağandır. Bir çoxlarının xatirindədir ki, “Qara kəmər” əməliyyatı məhs imkanlı şəxslərin ailə üzvlərini oğurlayaraq onlardan külli miqdarda vəsait istəmələri tələbləri icra irəli sürülməkdə idi. Tələblər icra edilmədikdə isə girov şəxslərin qətlə yetirilməsi ilə bağlı olmuşdur. 
Hacı Məmmədovun cinayətkar dəstəsinin üzvü olduğu bir vaxtlar iddia edilən Zakir Nəsirovun oğlu bu gün BDYPİ-nin əməkdaşı olaraq xalqa dövlətə qarşı cinayət tərkibli əməllər törətməkədir – deyə vətəndaşlar qeyd edir.

7 Fevral 2014-ci il tarixində mediada yayılan məlumata görə, Daxili İşlər nazirinin sabiq müavini, hazırda həbsdə olan general-mayor Zakir Nəsirovun oğlu Seymur Nəsirov barədə ilginc məlumatlar yayılıb. 

AzNews.az-a daxil olan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat şöbəsinin inspektoru vəzifəsində çalışan Seymur Nəsirov ciddi problemlə üzləşib. 
Buna səbəb onun bir müddət əvvəl 60 min manata avtomobil nömrəsi satması faktının üzə çıxması olub. 

Məlum olub ki, o, həmin nömrəni (Nömrə bizə məlum olsa da, onu yaymağı məqsədə müvafiq hesab etmirik) belə fantastik qiymətə satması barədə rəhbərliyə xəbər verməyib. 

Məsələnin üstü açılandan sonra isə o, işə buraxılmayıb və vəzifəsindən çıxarıldığı bildirilib. 

Lakin Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə o, yenidən vəzifəsini icra etməyə başlayıb. Xəbərdə qeyd edilir ki, Nəsirov vəzifəsinə qayıtsa da, ona əvvəlki kimi etimad göstərilmir. 

Qeyd edək ki, şöbədə ən bahalı avtomobil nömrə nişanlarının satılmasının məhz S. Nəsirova həvalə olunması barədə məlumatlar var. 

Bu günlərdə inspektor S.Nesirovun Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat şöbəsində bazar qanunları açması ilə bağlı Bakunews.az çox saylı məlumat daxil olub. Məlumatda qeyd edilir ki, həbs edilən, cinayət məsuliyyətinə cəlb edilən genral Zakir Nəsirovun oğlu Seymur nəsurov insanların qeydiyyata qoyduqları avtomobil nömrələrini onlara 500 azn məbləği tələb edərək satmaq məqsədi daşımaqdadır.

Vətəndaş şəxsi nömrəsini almaq üçün Seymur Nəsirova yaxınlaşıb . Qeydiyyata qoyduğu nömrəni avtomobilinin üzərinə bağlamaq istədiyini qeyd etdikdən sonra S.Nəsirov ona 500(beş yüz) manat gətirməsini bunun xərcinin yüksək olduğunu qeyd edərək vətəndaşdan qanunsuz pul tələb etmişdir. Görünən dağa bələdçi gərək olmadığından. Keçmişdə atasının xidmətini xalq gördüyündən balasının xalqa hansı xidməti göstərəcəyidə göz qarşısındadır. Hansı yollarla BDYPİ işə düzəldiyi bəli olmayn S.Nəsirovun qanunsuz fəaliyyəti isə artıq idarəyə müraciət edən vətəndaşları sanki “YAŞIL BAZAR”a kartof, soğan almağa gəldiyini xatırlatmaqdadır. Bilinmir BDYPİ-si dövlət qurumudur yoxsa ki, bazar. Burda hansı qanunlar icra edilməkdədir...?

Seymur Nəsirovun çirkin niyyətinin icrası artıq narazılıqların böyüməsinə səbəb olmaqdadır.

CİANews.info