“Hacı Cavad” məscidində ilk namaz qılındı – FOTO + VİDEO

Loading...
“Hacı Cavad” məscidində ilk namaz qılındı – FOTO + VİDEO
16:40 12-04-2018 | icon 28

 

Bu gün Bakıda yenicə tikilmiş “Hacı Cavad” məscidində ilk namaz qılınıb.

milletinsesi.info xəbər verir ki, məsciddə eyni vaxtda 500-dən çox dindar namaz qıla bilər.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ilin iyul ayında, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq 79 ünvanında yerləşən “Hacı Cavad” məscidinin sökülməsi və həmin rayonda - A.M.Şərifzadə küçəsində yeni məscidin tikilməsi haqqında qərar imzalamışdı.

“O vaxt dindarlar məscidin “dağıdılmasına” etiraz edirdilər. Lakin yarıdağıdılmış məscidin yerində paytaxtın ən gözəl məscidlərindən birini əldə etdilər”, - məscidin əməkdaşı bildirib.

 

Əli Məmmədov

loading...