“Kann” kinofestivalının afişası müəyyənləşdi – FOTO

“Kann” kinofestivalının  afişası müəyyənləşdi – FOTO
13:05 12-04-2018 | icon 81

71-ci “Kann” kinofestivalının afişası müəyyənləşib.

milletinsesi.info festivalın rəsmi saytına istinadən xəbər verir ki, afişanın qəhrəmanları Jan Pol Belmando və Anna Karinadır.

27 yaşlı dizayner Flor Makin posterə çəkmək üçün 1965-ci ildə çəkilən Jan Lyuk Qodarın “Dəlisov Pyero” filmindən baş qəhrəmanların öpüşdüyü kadrı seçib.

Fotonun əsl müəllifi isə yüzdən çox filmin çəkilişini ölümsüzləşdirən Corc Pierdir.

Qeyd edək ki, münsiflər heyətində Keyt Blanşet və Eduar Baerin olduğu festival 8 may günü başlayacaq. 

Pərviz Hüseyn