Sergey Lebedev: Məqsədimiz Azərbaycanın daxili işlərinə qarışmaq deyil

Loading...
Sergey Lebedev: Məqsədimiz Azərbaycanın daxili işlərinə qarışmaq deyil
13:17 12-04-2018 | icon 28

 

MDB-nin müşahidə missiyası Azərbaycanda martın 20-dən işləməyə başlayıb. Ümumilikdə 221 nəfər müşahidəçi paytaxtda və regionlarda işləyib.

milletinsesi.info xəbər verir ki, bunu MDB nüşahidə missiyasının rəhbəri Sergey Lebedev mətbuat konfransında deyib.

O bildirib ki, ölkənin Seçki Məcəlləsi beynəlxalq normalara cavab verir və vətəndaşların iradəsini ifadə edir:

“Müşahidələrin aparılması üçün bütün lazımi şərait yaradılmışdı və buna görə təşəkkürümüzü bildiririk.

Bizim missiyanın əsas məqsədi dövlətin daxili işlərinə qarışmaq deyil. Bu ölkənin qanunlarına hörmət etməkdir.

Qənaətimiz budur ki, seçkilər yaxşı və keyfiyyətli təşkil edildi.

MSK seçkidən əvvəl treninqlər, seminarlar keçirib.

Çox yaxşı informasiya materialları hazırlanmışdı.

Seçkilər ajiotaj olmadan, sakit şəkildə, bayram əhvalında keçdi. Bəzi məntəqələrdə növbələr müşahidə etdik”.

Lebedev məntəqələrdə şəffaflığı təmin etmək üçün kameraların quraşdırıldığını əlavə edib.
Onun sözlərinə görə, seçkiləri kifayət qədər müşahidəçi izləyib:

“Bütün namizədlərə öz proqramlarını təqdim etmək üçün imkan yaradılmışdı.

Lebedev vurğulayıb ki, 1870 seçki məntəqəsində olublar.

Bəzi çatışmazlıqlar oldu, amma bunlar texniki xarakterli idi.

Amma biz səsvermənin nəticəsini, onun legitimliyini şübhə altına alacaq fakta rast gəlmədik.

Seçkilər açıq və şəffaf keçirildi”.

Kamil HƏMZƏOĞLU

loading...