Türkiyədə terrorçularla döyüşlər: İki hərbçi şəhid oldu

Türkiyədə terrorçularla döyüşlər: İki hərbçi şəhid oldu
18:55 13-03-2018 | icon 32

Türkiyənin Diayərbəkir vilayətində terrorçularla atışma zamanı iki hərbi qulluqçu şəhid olub, daha beşi yaralanıb.

Millətinsəsi.info-nun Haberturk-ə istinadən məlumatına görə, hadisə Diclə rayonunda baş verib.

Regionda anti-terror əməliyyatları zamanı hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib.

Yaralı hərbi qulluqçular xəstəxanaya yerləşdirilib.