Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
12:15 13-03-2018 | icon 78

Martın 11-də Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub.

Bu barədə Millətinsəsi.info-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və  M.Hüseynovun həmin gün saat 20:00 radələrində S.Vurğun küçəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa zamanda hadisənin “Opel” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Qubadlı rayon sakini Gündüz Səfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.