“CinemaPlus”da “Güc sahibi” mistik trillerin nümayişi olacaq – VİDEO

“CinemaPlus”da “Güc sahibi” mistik trillerin nümayişi olacaq – VİDEO
17:40 07-03-2018 | icon 184

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 15 martda Azərbaycan istehsalı olan “Güc sahibi” adlı mistik trillerin nümayişi olacaq. 

Millətinsəsi.info xəbər verir ki, film macəra-dəhşət janr həvəskarları üçün əsl hədiyyə olacaq.

Nərgiz Mahmudzadə filmin rejissoru, ssenari müəllifi və baş qəhrəmanıdır.

Baş rollarda Nərgiz Mahmudzadə, İlqar Musayev, Gülşən Hüseynli, Mehin Hümbətova və Sənan Əlləz çəkilib.

Qısaca film haqqında: Film üç uşaqlıq dostundan bəhs edir. Dostlar ABŞ-dan gələn qız dostlarına ev kirayələyirlər. Ev kənardan adi görünsə də, qonşu evdə qəribə hadisələr baş verir. Bir gün dostun ad günü düzənlənir və həmin əyləncə gecəsində çox şeylər məlum olur.  Əsas hadisələr isə ad günündən sonra cərəyan edir…

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.