Ekspert Qriqori Trofimçuk: Qarabağda müharibə başlaya bilər

Ekspert Qriqori Trofimçuk: Qarabağda müharibə başlaya bilər
11:58 02-03-2018 | icon 182

 

Ermənistan-Azərbaycan silahlı münaqişəsinin yenidən canlanması təhlükəsi mövcuddur.

Millətinsəsi.info “1in.am”-a istinadən xəbər verir ki, bu sözləri xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert Qriqori Trofimçuk səsləndirib.

Onun sözlərinə görə, münaqişə tərəfləri hələ ki, strateji həll yolunu tapa bilməyib:

“ Bu həqiqətən belədir, ona görə ki, tarix, münaqişə iştirakçılarına aprel döyüşlərindən sonra  son iki il ərzində pisləşən geosiyasi situasiyanın həlli üçün sonuncu imtiyazlı fürsət yaradıb. Bəzi taktiki təkliflər edilib, ancaq strateji qərarlar yoxdur”

Rusiya eksperti Qarabağın Azərbaycanın daxili siyasətində ciddi problem olduğu və bunun Azərbaycanın davranışını öncədən müəyyən edən əsas faktor olduğu ilə razılaşır. Onun sözlərinə görə, Qarabağ məsələsi eyni zamanda Ermənistan üçün böyük əhəmiyyət kəsb edir, ancaq birinci yerdə gəlmir.

Qriqori Trofimçukun təbirincə, müharibə başlasa Rusiya özünü 2016-cı ilin aprelində olduğu kimi aparacaq, yəni neytral mövqe tutaraq, tərəfləri döyüş əməliyyatlarına son qoymağa və siyasi-diplomatik dialoqa çağıracaq.

“Rusiya münaqişəyə müdaxilə edib, hər hansı tərəfin tərəfini tutmayacaq, xüsusilə Ermənistanın tərəfini; Rusiya ilə Ermənistanın KTMT çərçivəsində strateji müttəfiqlər olsa belə. Bundan savayı, Rusiya müdaxilə edə bilməz də. Çünki Ermənistanın tərəfini tutsa, münaqişəyə Azərbaycan tərəfdən ciddi güc mərkəzləri, birinci növbədə Türkiyə, ABŞ və s. müdaxilə edəcək.

Mən çoxdan deyirəm ki, biz təkcə Qarabağa deyil, digər istiqamətlərə də diqqət yetirməliyik. İllər əvvəl demişdim ki, digər istiqamət Naxçıvan ola bilər, o müharibədə qüvvələr balansının bərpasına vasitəçilik edə bilər.Yəni, deyək ki, Azərbaycan Qarabağda hərbi əməliyyatlarına başlasa, Ermənistan situasiyanı balanslaşdırmaq üçün, Naxçıvan ətrafında gərginlik yarada bilər” deyə ekspert Trofimçuk bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan məsələni sülh yolu ilə həll edə bilmədiyi üçün, hərbi əməliyyatlara başlayıb, ərazi bütövlüyünü bərpa etməkdən başqa seçimi yoxdur.

“Nə mənada Azərbaycanın başqa seçimi yoxdur. O mənada ki, Azərbaycan ən azından öz ərazi bütövlüyünü bərpa etməlidir. Onun üçün bu məsələ, belə deyək, bir milli ideologiyadır. Bundan başqa ABŞ mərkəzi kəşfiyyat idarəsinin rəhbəri bu il münaqişənin yenidən canlana biləcəyini bildirib.

İstisna deyil ki, amerikalılar qabaqgörənlik etmir, sadəcə müharibə istəyir, müharibə onların əlinə yatır. Çünki müharibə baş versə Rusiyaya ağır zərbə vuracaq.Azərbaycan və Ermənistan Birləşmiş Ştatların maraq dairəsində deyil, ancaq bu Rusiyanı zərbə altında qoya bilər. Ona görə, onlar böyük məmnuniyyətlə müharibəyə təhrikçilik edə bilər. Buna isə yalnız Azərbaycanın hücumundan sonra nail ola bilərlər. Əks halda bu mümkün deyil.

Bütün məsələlər məhz hərbi vasitələrlə həll olunur. Qarabağ məsələsində mən sadəcə anlamıram, bu problemi dinc yolla necə həll etmək olar axı. Bir halda ki, tərəflərin mövqeləri tamamilə bir-birilə ziddiyyət təşkil edir.

Sülh yolu ilə çözüm olmayanda, müharibə çözümü olur. Tərəflər hər hansı məsələdə ortaq məxrəcə gələ bilmirlərsə, münaqişənin dinc həlli perpektivlərini görmürəm. Yalnız müharibə yolu qalır. Demək olar ki, bütün münaqişələrdə vəziyyət eynidir.” deyə ekspert bildirib.