Əli Həsənovun nəvəsi ətrafında qalmaqal böyüdü- Araşdırma başlayıb

Əli Həsənovun nəvəsi ətrafında qalmaqal böyüdü- Araşdırma başlayıb
22:18 01-03-2018 | icon 382

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Emil Həsənlinin Sumqayıtda törətdiyi "yaşıl soyqırım” ətrafında qalmaqal bir az da böyüyüb.


"Yeni Müsavat” qəzeti bir neçə gün öncə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi deyilən ərazidən reportaj hazırlayıb.


Qəzet yazır ki, təqribən 50 sota yaxın ərazidə 100-ə yaxın şam ağacı məhv edilib. Yaşıllıq ərazi 24/138 və 24/139 saylı binaların yaxınlığında yerləşdiyi üçün, hadisə sakinlərin gözü önündə baş verib.


Sakinlərin bəzilərinin məsələ ilə bağlı fikirlərini təqdim edirik: "Biz uşaqlıqdan bu parkın ərazisində yaşayırıq. Sovet dövründə atalarımızın, babalarımızın bu ağacların əkilməsində zəhməti böyük olub. Sumqayıt günü-gündən abadlaşır, gözəlləşir. Ancaq bəzi insanlar şəxsi məqsədləri üçün yaşıllıqları məhv edib, 100-dən çox ağacı kökündən kəsiblər. Kəsdiklərini kəsiblər, kəsə bilmədiklərinin üzərini torpaqla basdırıblar. Bəzilərinin izlərini belə tapmaq mümkün deyil. Qanunsuz əməllərini beləcə ört-basdır edirlər”.
Əli Həsənovun nəvəsi ətrafında qalmaqal böyüdü-

Həmin ətrafda ağacların bir çoxu kökündən çıxarılıb, çıxara bilmədikləri isə kəsilib, kötüyü torpaqla örtülüb. O da aydın olub ki, icra başçısının göstərişi ilə məhv edilən çoxillik ağacların yerində tinglər əkilib. Dəqiqləşdirmək üçün sakinlər əkilən yeni tingləri sayıb. 75 tingin əkildiyini, təqribən 30-a yaxın isə torpaq altında gizlədilmiş çala yerlərinin olduğu aşkarlanıb.
Əli Həsənovun nəvəsi ətrafında qalmaqal böyüdü-

Adının çəkilməsini istəməyən sakin Sumqayıt şəhər rəhbərliyinin məsələni şəxsən nəzarətə götürdüyünü bildirib: "Təqribən 3-4 gün öncə buraya xeyli sayda rəsmi şəxslər gəldi. Sonradan məlum oldu ki, ağacların kəsilməsinin səbəbini araşdırmaq üçün şəhər rəhbərliyi, Sumqayıt şəhər prokuroru əraziyə gəlib”.
Əli Həsənovun nəvəsi ətrafında qalmaqal böyüdü-
Sakinlər bildirir ki, mərhum prezident Heydər Əliyevin vaxtilə saldırdığı yaşıllıq zolaqlar onun çörək verdiyi, vəzifəyə təyin etdiyi məmurların ərköyün övladlarının tamahının qurbanına çevrilib: "Belə çıxır, Ulu Öndərin əkdirdiyi ağacları, ondan yadigar qalan yaşıllıqları Əli Həsənovun ərköyün nəvəsi məhv edib, yerində obyekt tikdirir. 6-7 ay öncə Əli Həsənovun başqa bir nəvəsi avtoqəza edib neçə adamın həyatına son qoydu. Biz gözləməzdik ki, bu cür qalmaqaldan sonra bu ailənin bəzi üzvləri yenidən belə əmələ yol verərlər. Vallah mat qalırıq bu cür məmurların rəftarına. Prezidentdən nümunə götürsünlər. İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib, onlara təpinib ki, özlərini xalqın xidmətçisi kimi aparsınlar, görünür, bəzi məmurlar bundan nəticə çıxarmaq əvəzinə, daha betər işlərlə məşğuldular”.
Əli Həsənovun nəvəsi ətrafında qalmaqal böyüdü-

Xatırladaq ki, iddialara görə, Sumqayıtda yaşıl soyqırım törədən şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Emil Həsənlidir. Sakinlər deyir ki, bu onun ilk əməli deyil: "Sumqayıtda bir neçə yerdə restoran və hotelləri olduğunu eşitmişik. Çox güman ki, babasına və vəzifədə çalışan atasına güvənərək buranı zəbt edib, obyekt tikmək niyyəti var. İnanırıq ki, bu özbaşınalığı edənlər məsuliyyətə cəlb ediləcək”.


Onu da bildirək ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Deyilənə görə, E.Həsənlinin atası hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutur.


Məlumata görə, artıq faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.