Sosial təminat müəssisələrində çalışanların maaşı qaldırılıb

Sosial təminat müəssisələrində çalışanların maaşı qaldırılıb
21:08 01-03-2018 | icon 82

 

Prezident İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Millətinsəsi.info-nun məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.