Millət vəkili Sevinc Fətəliyeva ATƏT-in fəaliyyətindən narazıdır

Millət vəkili Sevinc Fətəliyeva ATƏT-in fəaliyyətindən narazıdır
21:10 01-03-2018 | icon 197

 

Təəssüf ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir nəticə əldə olunmayıb.

Millətinsəsi.info xəbər verir ki, bu fikri Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini  Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayıb. 

Millət vəkilinin sözlərinə görə, Minsk qrupunun həmsədrləri BMT TŞ-nın müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini əsasında fəaliyyət göstərməlidir: bu, onların mandatında təsbit olunub:

“Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi istiqamətində heç bir addım atılmır. Hansı ki, həmsədr dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyırlar. Həmsədrlər münaqişənin həllində təsirli addımlar atmalıdırlar.

Həmsədrlər işğalçı Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Yalnız belə olduğu təqdirdə danışıqların prosesində irəliləyişə nail olmaq mümkündür”.