Etibar Babaşlı işə niyə çıxmır? - “AtaBank”da böyük qalmaqal

Etibar Babaşlı işə niyə çıxmır? - “AtaBank”da böyük qalmaqal
22:06 28-02-2018 | icon 428

“AtaBank”-da sabiq vergilər naziri Fazil Məmmədovla bankın idarə heyyətinin üzvü Etibar Babaşlı arasında baş verən qalmaqalla bağlı xəbər vermişdik.

Həmin məlumatda qeyd etmişdik ki, Etibar Babaşlı bankda öz komandasını qurmaqla bərabər yaxın vaxtlarda rəhbərliyin ona təhvil veriləcəyi gözlənilir.
Həmin vaxt “AtaBank”ın İdarə Heyətinin sədri Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyevin Etibar Babaşlıya ərizəsini yazaraq istefa verməsini tələb etməsi və Babaşlının bu tələbi geri çevirdiyini bildirmişdik.

bitmap-img6

“AtaBank”da baş verənlərlə bağlı Tendensiya.com-u bilgiləndirən mənbənin iddiasına görə bir həftəyə yaxındır ki, İdarə Heyətinin üzvü Etibar Babaşlı işə çıxmır. Bank daxilində yayılan şaiyələrə görə, keçmiş nazir İdarə Heyəti üzvünə ciddi şəkildə qəzəblənib. Belə ki, Fazil Məmmədovun bir çox böyük biznes proyektlərində əsas rol oynayan Etibar Babaşlının birdən-birə şefinə dönük çıxması ona qarşı inamsızlıq yaradıb.
Keçmiş nazirin bacısı oğlu Dəyanət Quliyev vasitəsi ilə Etibar Babaşlıya mesaj göndərdiyi deyilir. İddiaya görə, bankın sədri Dəyanət Quliyev Babaşlını paytaxtın tanınmış restoranlarından birinə dəvət edərək orada dayısının mesajını ona çatdırıb.
Mənbə bildirir ki, bank içində gəzən söz söhbətlərdə Fazil Məmmədovun Etibar Babaşlıya qəzəbli olmasının əsas səbəblərindən birinin İdarə Heyəti üzvünün nazirin “AtaBank”dakı maliyyə əməliyyatları ilə bağlı məlumatları lazımı olan yerlərə çatdırmasıdır.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.