“Qardaşlar Mebel-3” şirkətinin sahibi Əli Mirzəyevə cinayət işi açılıb

“Qardaşlar Mebel-3” şirkətinin sahibi Əli Mirzəyevə cinayət işi açılıb
22:02 28-02-2018 | icon 555

"Qardaşlar Mebel-3” şirkətinin sahibi Əli Mirzəyevə cinayət işi açılıb. Bu barədə NUH.Az saytı məlumat yayıb.
Məlumata görə, 2017- ci ildə etibardan sui-istifadə etməklə, xüsusilə külli miqdarda pul vəsaitini ələ keçirməyə görə Əli Mirzəyev barəsində Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə cinayət işi başlanıb.


2017-ci ildə Milli Məclis bu maddəni sərtləşdirib: "178.4. Bu məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusuilə külli miqdarda ziyan vurmaqla törədildikdə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Saytın hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, Əli Mirzəyevin ölkədən çıxışına da qadağa qoyulub.
Hazırda Əli Mirzəyevin şəriki olan qardaşları barədə də araşdırma gedir və xeyli ciddi məlumatlar ortaya çıxıb.
Sayt yazır ki, Əli Mirzəyev "Qardaşlar Mebel-3" şirkətinin təsisçisidir. O bu şirkətdə 50 faiz paya sahibdir. Onun əmlakı təkcə bundan ibarət deyil. Belə ki, Əli Mirzəyevin Həsən Əliyev küçəsindəki 4 mərtəbəli Nömrə -1 Tədris mərkəzi, məşhur Tarqovıda yerləşən "Coffeaphore” kofe evi, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Mebel fabriki və digər obyektləri var.