Dini radikallığı təbliğ edən kitabların  ölkəyə idxalının qarşısı alınıb

Dini radikallığı təbliğ edən kitabların  ölkəyə idxalının qarşısı alınıb
22:29 27-02-2018 | icon 237

Ötən il Azərbaycanda 99 zərərli dini ədəbiyyat aşkarlanıb

 

Azərbaycanda 2017-ci il ərzində nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 210 adda dini ədəbiyyata baxılaraq, onlardan 4-nün çapı məqsədəuyğun sayılmayıb, 206 adda dini ədəbiyyatın çapına razılıq verilib. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.

Hesabat dövründə dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib. 2017-ci ildə 601 adda (765 151 ədəd), 2018-ci ilin yanvar-fevral ayları ərzində 34 adda (45540 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib ki, keçən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1540 adda dini məzmunlu ədəbiyyata baxılıb.

  1. Məmmədov deyib ki, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Bunlarla yanaşı, 2017-ci ildə hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 2106 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 99 -nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.