Dövlət Komitəsi bəzi mübahisəli kitabların yayımına icazə verilməsi barədə fikirlərə münasibət bildirib

Dövlət Komitəsi bəzi mübahisəli kitabların yayımına icazə verilməsi barədə fikirlərə münasibət bildirib
20:44 21-02-2018 | icon 256

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) son günlər sosial şəbəkələrdə müzakirə olunan və “Müsəlman qalası” adlı kitabın yayımına DQİDK tərəfindən icazə verilməsi barədə səsləndirilən fikirlərə münasibət bildirib. 

Dövlət Komitəsinin Mətbuat xidmətindən “Millətinsəsi.info”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün dini mağazalarda satılan dua kitablarının, demək olar ki, hamısı vaxtı ilə çap edilən kitablardır: “Hətta onların bəziləri ötən əsrin 90-cı illərində nəşr edilərək yayılıb. Son 10 ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu qəbildən olan yeni heç bir kitaba icazə verməyib. Sadəcə, vaxtı ilə çapına və xaricdə çap edilərək ölkəyə gətirilməsinə icazə verilmiş kitabların yenidən nəşrinə etiraz edilməyib. Çünki vaxtı ilə müsbət rəy verilmiş və çap edilmiş kitabları sonradan qadağan etmək hüquqi nöqteyi-nəzərdən çox çətin və mürəkkəb məsələdir. Lakin həmin kitabları çap etdirənlərlə aparılmış söhbətlər nəticəsində onların bir qisminin təkrar nəşri reallaşmayıb”.