Cəfər Cabbarlının qızı dəfn olundu – YENİLƏNİB

Cəfər Cabbarlının qızı dəfn olundu – YENİLƏNİB
16:45 13-02-2018 | icon 125

Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı dünyasını dəyişib.

Millətinsəsi.info xəbər verir ki, onunla vida mərasimi Təzə Pir məscidində gerçəkləşdirilib.

Mərhum bu saatlarda dəfn edilib.

09:09

Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı rəhmətə gedib.

Bu barədə Millətinsəsi.info-a Cəfər Cabbarlının ev muzeyindən məlumat verilib. 

Gülarə Cabbarlı bir neçə dəfə ürək çatışmazlığı ilə bağlı xəstəxanada müalicə alıb. Sonuncu dəfə isə soyuqlayıb və buna ürəyi tab gətirməyib. O, 11 fevral tarixində 88 yaşını qeyd edib. 12 fevral tarixində isə dünyasını dəyişib.

Xatırladaq ki, Gülarə Cabbarlı ilə vida mərasimi bu gün saat 14:30-da, Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin. 

Pərviz Hüseyn