Bakıda naməlum şəxslər kişini bıçaqlayıb

Bakıda naməlum şəxslər kişini bıçaqlayıb
10:05 13-02-2018 | icon 42

Fevralın 11-də, gecə saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisinə qanlı cinayət hadisəsi törədilib.

Binəqədi rayon Polis İdarəsindən Millətinsəsi.info-a verilən məlumata görə, Bakı sakini, 1983-cü il təvəllüdlü Həsənov Emin Tofiq oğlu döş nahiyəsinin deşici bıçaq yaraları ilə Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

Cinayətin təfərrüatı hələlik məlum deyil, belə ki, zərərçəkən ağır vəziyyətdə olduğundan faktla bağlı polisə ifadə verə bilməyib. Heç kimin saxlanılmadığı bildirilir.

Ülvi Kərimov