Abşeronda müəmmalı hal: “Məcburi köçkünlər buranı qırıb-dağıdırlar” – TƏFƏRRÜAT (FOTO)

Abşeronda müəmmalı hal: “Məcburi köçkünlər buranı qırıb-dağıdırlar” – TƏFƏRRÜAT (FOTO)
20:43 12-02-2018 | icon 175

“Məcburi köçkünlər çəkdirdiyimiz qaz xətlərini qırıb-dağıtdılar”.

 Abşeron rayonunun Müşfiqabad qəsəbə sakinləri məcburi köçkünlərdən şikayətçidirlər. Sakinlər iddia edir ki, çəkdirdiyi qaz xətləri onlar tərəfindən dağıdılıb:

“Bizim Abşeron rayon Müşviqabat qəsəbəsində Qaçqın və Məcburi Köçkün şəhərciyi ilə üzbəüz evimiz var. Oraya qaz xətti çəkdirmək istəyirik. İşlər tam sənədləri və qayda-qanunla yekunlaşıb və sayğaclar quraşdırılıb. 3 gün bundan öncə həmin xətti “Azəriqaz” ASC-nin əməkdaşları ilə birgə əsas xəttə birləşdirmək istədik. Lakin məcburi köçkünlər buna imkan vermədi. Yəni bizim çəkdirdiyimiz xətləri də qırıb-dağıtdılar. Elə bil ki, öz mülkləri kimi… Bir sözlə, ağalıq edirlər”.

Sakinlər bütün hüquqların onların tərəfindən olduğunu bildirib: “Bu məsələnin ictimailəşdirilməsini istəyirik, bilirik ki, yenə gəlib tökülüşəcəklər. Çünki səbəb ondadır ki, həmin məcburi köçkünlərin komendantı bizdən 2 min manat məbləğində pul tələb edir. Biz də verilən qazın dövlət hesabına olduğu üçün ona pulu vermirik. O da məcburi köçkünlərin başlarını doldurub tökür üstümüzə”.

Mənbə:Minval.info