Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT-ə dəvət göndərib

Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT-ə dəvət göndərib
20:20 12-02-2018 | icon 40

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.

Bu barədə Millətinsəsi.info-a ATƏT DTİHB-nun mətbuat ofisindən məlumat verilib.

Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

A.M.