"Lukoil"də sürücüləri görün necə aldadırlar - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

Loading...
"Lukoil"də sürücüləri görün necə aldadırlar - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
22:38 10-02-2018 | icon 44

“Hadisə baş verir dünən, saat 16:15 radələrində, Maşın bazarının yaxınlığında, " Su Səsi" restoranı ilə üzbəüz yeni və müasir tipli LUKOİL yanacaqdoldurma məntəqəsində. 50 manat verib deyirəm ki, 20 manatlıq dizel vurun. Gətirib 45 manat qaytarır. Deyirəm, bu nədi? Deyir elə bildim 5 deyirsən. Əlqərəz... 15 manat da alıb yanacağı vurur. Maşını işə salıram, bakda yanacağa baxıram: 35 litr”. Bu sözləri yazar Çingiz Özgür öz “facebook” səhifəsində yazıb. Yazar LOKOİL şirkətinin yanacağı kəsməsindən şikayət edir. “Çağırmışam, deyirəm a kişi, bunun 333 qramın at o yana, elə 33 litr sən vurmalı idin 20 manata düzdümü??? Deyir-həəəə. Deyirəm mən bura 2 litr yanacaqnan gəlmişəm??? Bakda 2 litr yanacaq qalsa səncə işləyər maşın??? 2 litr elə su zaddı daa bunun dibində!

Əlqərəz, qırımımı görüb, deyir maşını ver arxaya, təzdən 5 manatlıq vurum. Bayaq 1-ci skrosnan vurmuşam getmiyib yəqin! Hayasızlığa bax aaaaa! Təzdən 5 manatlıq yanacağımı vurur və gəlib bir daha hayasızcasına deyir ki, "aşağı skorsnan" vurmuşdum, yəqin ona görə elə olub...".

Yaxşı, bəlkə mən baxmayaydım bakdakı yanacağa. Və ya maşın elə maşın olaydı ki, bakdakı yanacağı göstərməyəydi. (Nəzərə alın ki, maşınların 75 faizində litrlə göstərici yoxdu, adi göstərici cihazda da bu qədər dəqiqliklə bilmək olmur.) Bəs onda?

Mən o işçinin başına oyun aça bilərdim. Bilirsiz niyə etmədim? Çünki bu fərdi məsələ deyil. LUKOİL şirkət olaraq oğurluq edir. Bütün zapravkalarda ümumi bir yanacaq kəsmə olayı var. İşçi də görür ki, müdiriyyət oğrudu, özü də oğurluq edir. Yəni məsələ "qapının astanası" məsələsidi!!! Ona görə bir işçinin başına oyun açmaqla nəsə düzələcəyinə inanmadığımdan dəymədim. Yazığım gəldi...

Yaraza şirkətin rəhbəri Vahid Ələkbərova da müraciət edib: 

“Cənab Vahid Ələkbərov! Azərbaycanda sizin "Lukoil" YDM-lərə ən çox dizellə işləyən maşınlar, yəni kasıb kütlə müraciət edir. Dizel yanacağının sizdə bir az keyfiyyətli olduğu düşüncəsinə inandığımız üçün sizdən alırıq dizeli. Vahid məllim, vallah ayıbdı! Bu yazıq, kasıb insanların cibinə girməyə son verin!!! Belə olmaz! Yaxşı kişi belə pul qazanmaz!!! İnanmıram ki, sizin bu pula (söhbət heç də az puldan getmir, bilirəm) ehtiyacınız ola. Lap olsa da, bu yaxşı şey deyil! Etmiyin, eləmiyin!!! 

Və çox hörmətli aidiyyatlı dövlət və hökümət qurumları! Tək LUKOİL deyil, bir çox YDM lərdə insanlar aldadılır. Hər gün, hər saat, hər dəqiqə! Buna bir əncam qılın!!!”

Statusa yazılan şərhlərdə həqiqətən də LUKOİL-da bu cür fırıldaqların olduğunu bir çox insanlar deyir. Hətta jurnalistlərdən biri bununla bağlı araşdırma apardığı üçün şirkət tərəfindən hədələniyini də yazıb. Görünür ki, LUKOİL bu fırıldaqlardan əl çəkmək istəmir. Amma aidiyyatı qurumlar yəqin ki, məsələ ilə bağlı ölçü götürəcək.

Mənbə:Avtosfer.az

loading...