Xalq artisti evində ölü tapılıb – YENİLƏNİB

Loading...
Xalq artisti evində ölü tapılıb – YENİLƏNİB
09:25 09-02-2018 | icon 36

Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

Millətinsəsi.info-nun məlumatına görə, tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.

00:34

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.

Millətinsəsi.info-nun məlumatına görə, o, fevralın 8-i, axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib.

FHN Xalq artistinin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar ediblər.

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib”.

Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Allah rəhmət eləsin!

Pərviz Hüseyn, A.M.

loading...