Deputat Araz Əlizadə: "Əlillərin pensiya və müavinətləri artırılmalıdır"

Deputat Araz Əlizadə: "Əlillərin pensiya və müavinətləri artırılmalıdır"
12:58 08-02-2018 | icon 109

 

Millət vəkili Araz Əlizadə əlillərə verilən pensiyalardan və müavinətlərdən narazıdır.

Millətinsəsi.info-nun xəbərinə görə, millət vəkili mətbuata açıqlamasında bildirib ki, o, parlamentin həm plenar, həm də üzvü olduğu Əmək və sosial siyasət komitəsinin iclaslarında dəfələrlə bu məsələni qaldırıb:

“Bu qənaətdəyəm ki, əlillərimizə verilən pensiyaların və müavinətlərin məbləği çox azdır. Bu pensiya ilə onlar nə edə bilər?

Əlillər arasında - dərəcə fərqlərini istisana etməklə - fərq, ayrıseçkilik qoyulması düzgün deyil. Bu fərq aradan qaldırılmalıdır. Xüsusilə, 20 Yanvar hadisələrinin, Qarabağ müharibəsinin iştirakçısı olmuş və əlil düşmüş şəxslərə daha həsssalıqla və diqqətlə yanaşılmalıdır.

Hesab edirəm ki, ümumən əlillərin pensiyaları və müavinətləri artırılmalıdır”.