Yardımlının icra başçısı Yasamala rəhbər gəlmək istəyir... Ayaz Əsgərov indiyədək etimadı necə doğruldub? - ARAŞDIRMA

Loading...
Yardımlının icra başçısı Yasamala rəhbər gəlmək istəyir... Ayaz Əsgərov indiyədək etimadı necə doğruldub? - ARAŞDIRMA
22:30 12-01-2018 | icon 236
Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov zamanının çoxunu Qazax rayonunda və Bakıda keçirir. Milletinsesi.info xəbər verir ki,  rayon sakinlərinin GUNDEMİNFO.AZ-a verdikləri məlumata əsasən hazırda rayonda rəhbər kimi birinci müavin Mahir Mirzəyev daha çox görünür. 

2011-2016-cı illərdə Qazaxda icra başçısı işləmiş Ayaz Əsgərov qış aylarında daha çox Qazaxdakı fermer təsərrufatlarına və iaşə obyektlərinə baş çəkir. Bununıla belə 2006-2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş Yardımlının rəhbəri adətən özünün paytaxtın ən prestijli yerində yerləşən ikiblokdan ibarət 3 mərtəbəli evində keçirir. 

1964-cü ildə Tovuz rayonunda anadan olan Ayaz Əsgərov artıq Yardımlı kimi rayondan Yasamala icra başçısı gəlmək istəyir. Məlumata əsasən Ayaz Əsgərov uzun zamandır ki, bu istəyinə çatmaq üçün ən müxtəlif dostlarına minnətçi də düşüb. Lakin onun dostları sırasında sabiq vergilər naziri Fazil Məmmədovun da işdən çıxarılması A.Əsgərovun arzularını gerçəkləşdirmək imkanlarını bir qədər yubadıb. 

Onu da əlavə edək ki, mediada Yardımlının icra başçısı ilə müavini Mahir Mirzəyev arasında qovğaların olmasına dair xeyli informasiyalar yayılıb.

Diqqətimizi çəkən digər bir məqam ondan ibarətdir ki, ölkə başçısı 2013-cü ildən sonra Yardımlıya səfər etməyib. Hətta Ayaz Əsgərov icra başçısı olduqdan sonra da mühim dövlət tədbirlərində çox passiv çıxış edib. Məsələn ötən ilin sentyabrın 3-də Lənkəranda Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Ayaz Əsgərov nə çıxışçı icra başçılarının arasında, nə də regional rayonla bağlı müzakirələrdə gözə dəyməyib. Məlumat üçün bildirək ki, Yardımlı rəsmən Lənkəran iqtisadi rayonuna aid olan ərazi inzibati vahidliyidir.
loading...