Adəmin cənnət bağı Qarabağ deyilmi?

Adəmin cənnət bağı Qarabağ deyilmi?
04:25 17-04-2017 | icon 2153

Şakir Qabissanlı
 

Əzəli müqəddəslikdən doğulan bəşəriyyətin şər qüvvəsi kimi tanınan, Allah tərəfindən lənətlənmiş şeytanın toxuduğu hörümçək torunda çırpınan, əzəli müqəddəsliyinə dönmək istəyən, həqiqi məna mahiyyətini heç kimin bilmədiyi Qarabağım, qanlı göz yaşlarım ilə səni vəsf etmək istəyirəm. Sən elə bir müqəddəsliyə bağlanan gözəllik məkanısan, üstəgəl yeganə varlıqsan ki, bütün bəşəriyyətin, hər bir məkanı səni tanıyır.

Lakin bu tanınma müqəddəsliyindən yox, iblisin, şeytanın əsirliyində qalmağından doğulan bir tanınmadır. Səni bu qara qüvvələrin əlində, əsirliyində saxlayan qüvvələr bilməlidirlər ki, bu əməllərə onlar, peyğəmbərlərdən miras qalan, onlarla bağlı olan hələ adının sirri açılmadığı bir məkana qara daş atmaqla ulu əcdadlarına daş atırlar. Quranda, başqa dini kitablarda deyildiyi kimi, beyni, təfəkkürü allah tərəfindən möhürlənmiş insanlardır bunlar.

Həmin insanlara müqəddəslik naminə üzümü tutmaqla sənin əlçatmaz həqiqi mahiyyətini, tarixin qədimliyinə söykənib açmağa yönəlirəm. Sübut etmək istəyirəm ki, ey müqəddəs Qarabağ, sən indiyə qədər öz sirrini bəşəriyyətə açmayan müqəddəs bir incisən. Açaq bu incinin göz, ürək, ruh oxşayan şölələrini. Öncədən onu deyim ki, Qarabağ deyəndə bizim bilik kompasımız dərhal xanlıqlar dövrünə (18-ci əsr) yönəlir. 18 əsr prizmasından da adın tarixini, tarixindən doğulan mahiyyətini dərk edib, başa düşüb dünyanın ən qorxulu şər qüvvəsi olan ermənilərlə söz savaşına giririk.

Yox, bu döyüş alətimiz (mənəvi) daş dövrünün primitiv döyüş aləti ilə müqayisə oluna bilər. Məhz bu pəncərədən Qarabağa istiqamətlənəndə əlbəttə ermənilər deyəcəklər, yox, Qarabağ mənimdir. Çünki bu tarixdə ermənilər avropanın sapandı ilə artıq bura tullanılmışlar. Bəli tarixin 18 əsr pilləsində ilkin olaraq "siğə qardaşlarının” xeyir-duası ilə qara qüvvə kimi bura, müqəddəs məkana istiqamətlənmişlər ki, gələcəkdə bu müqəddəsliyi hörümçək toruna salsınlar. Hörümçəyin toxuduğu paltar isə yalnız bir məqsəd daşıyır, bu paltar al-qan içmək üçündür. Bu baxımdan Qarabağ bir zahid hörümçək isə, onun qanını soran bir həşəratdır. Budur ermənilərin və onların havadarlarının niyyətinin mahiyyəti. Bəli, əziz oxucum, bu qısa arayışdan sonra Qarabağ tarixinin, bu tarixlikdən doğulan fəlsəfi mahiyyətinə üz tuturam.

Qarabağ qədim atəşpərəstlərin dilində "Böyük Bağ” deməkdir. Lakin böyüklük burada həcm, ərazi böyüklüyü yox, müqəddəsliyə bağlanan böyüklükdür. (Qaraca Çoban, Qara dağ, Qara Yusif, yəni Böyük Çoban (baş), Qara-dağ-müqəddəs dağ (ziyarətgah və ya onların yaxınlığında olmasına görə), Qara Yusif yəni əvəzsiz, müdrik, hamıdan müdrik mənasında) qara sözü 26 mənalı sözdür. Hər birinin ayrı-ayrı mənaları var. Bunların hər birinin öz məna dəsti-xətti var ki, bunları qarışdırmaq qəti olmaz. Qara gün, Qara gilə (Qara budaq, bunlar hamısı ayrı-ayrı mənalı sözlərdir).

Mən aşiqəm, odu zağ, (zağ qarğa deməkdir)
O cənnətdir, o duzax. (duzax cəhənnəm)
Səməndər quşu mənəm,
Olmaz məndən od uzaq.

Baxın lakonik işarələr nə mənalar yaradır. Beləliklə, Qarabağ dedikdə adın mənası birbaşa müqəddəsliyə, onun gözəlliyi, rəngarəngliyi əvəzsiz olduğuna görə birbaşa Allahın bəxşeyişliyinə yönəlir. Fikrimizi təsdiq etmək üçün xalq bayatılarına üz tutaq:

Bağça bara bağlıdır,
Heyva, nara bağlıdır.
Bayatının sözləri,
Hamsı yara bağlıdır.

Yar-dedikdə, burada Allah nəzərdə tutulur və tutulmalıdır. Yəni bunları bizə bəxş edən Yardır, yəni Allahdır!

Ay alagöz yarım,
Ahu ceyranım. 

Əslində ala güz yarım olmalıdır. Yəni ala-bəxşeyiş deməkdir. Bizim varlığımıza hakim kəsilən bu dünyanı Allah bizə ehsan olaraq bəxşeyiş verdi. Güz isə cilalayıb, çərçivəyə, cədvələ, tərtibata salıb bəxş etdi. Bizim həyatımız bu cədvəlin içərisindədir. Ahu-ceyran isə zərduşların ilki ceyran bütüdür. Buna Ahu məaz deyilir. (bax. Avesta) bu da həməl (ceyran) bürcünə bağlanır. Qarabağ da bu əvəzsiz bəxşeyişlərdən biridir. Bu bağlantıdan ilkin olaraq istəyimizin birinci qapısı açılır. 2-ci qapı Allahın ilkin olaraq bəxş etdiyi Adəmin düşdüyü cənnət bağıdır. Dini kitablardakı şifrələrə görə, iki cənnət bağı vardır. 1-ci Allahın dərgahında olan cənnət bağı, bu bağı görmək dünyada iki peyğəmbərə nəsib olub. 1-ci İbrahim peyğəmbər, 2-cisi isə Məhəmməd peyğəmbərə nəsib olub Meracda. Qədim xalq bayatıları bu baxımdan fikrimizi təsdiq edir:

Əzizim, yar diyarı,
Bağrımı yardı yarı.
Cənnət əfsanə şeydi,
Cənnətdi yar diyarı.

Ay oğlan çıraqlısan,
Əsli Qarabağlısan.
Bir gözəl yar ucundan,
Sən də sinə dağlısan.

Aşiq burada iki vurğu ilə sanki fikrimizə təsdiq gətirir. 1-ci bayatıda məsələyə geniş mənada baxdıqda meracda olan cənnət bağı ilə müqyisədə əlbəttə yerin cənnət bağı tamamilə fərqli görülməlidir. 2-ci bayatıda aşiq öz məkanını-Qarabağı vurğulayır ki, bu da birbaşa İbrahim peyğəmbərə istiqamətlənir. Bir gözəl yar Allahdır. Bu gözəlliklə yerdəki gözəlliyi müqayisə etmək olmaz.

Bağçada bax güllərə,
Gül verib əllərə.
Ay qız, səni sevəndən
Adım düşdü dillərə.

Bu bayatıda söhbət oğlan-qız sevgisindən yox, bəşəri bir sevgidən gedir. İbrahimin Sənəmə aşiq olmasından gedir. Sənəm büdpərəstlərin günəş allahıdır. Gül verib əllərə, yəni vahid allah danılıb, bütlər hökmranlıq edir.

Bir Sənəmə aşiq olmuşam.
Desəm öldürərlər, deməsəm ölləm.

Yəni günəşə üzünü tutmaqla bütlərə və bütpərəstlərə qarşı çıxır. Üzə çıxarsa, bütpərəstlər onu öldürəcəklər, deməsə eşq odu onu yandırır axı. Bəli, bu bağlılıq fikrimizin təsdiqinə sanki təkan verir. Araşdırıb tapdığım bu bayatılar ağır zəhmət hesabına minlərlə bayatılar içərisindən seçilib ortaya çıxarılıb. O bayatılar ki, Qarabağın müqəddəslik sirlərini lakonik işarələrlə özündə əks etdirib. Məhz folklor və xalq mahnıları ilə (əlbəttə qədim xalq mahnıları nəzərdə tutulur) onların sətiraltı işarələri ilə Qarabağın əlçatmaz sirlərini açmaq olar. İzləyək bayatılar aləmini:

Qarabağ gecələri,
Banlamaz beçələri.
Mən yarımı çağırram,
Səs verir neçələri.

Qarabağın alçası,
Döşənibdir xalçası.
Mən sevdiyim o gözəl,
Qızıl gülün qönçəsi.

Qarabağın gecələri, əlbəttə burada işarə ulduzlara və ya ulduz sisteminə - Allah tərəfindən yaradılan kainata işarədir. Banlamaz beçələri, danışmır ulduzlar, lakin sanki susmaqları ilə bəyan edirlər ki, bu varlığı yaradan ilahi bir qüvvə var, dərk edin bu varlıqları. Mən yarımı çağırıram, İbrahimin aşiqliyinə işarədir bunlar. Səs verir neçələri-yəni, maddi dünyalar zərrələrdən yaranıb, bu zərrələri yekbədən edən qüvvə var, nədir bu qüvvə, əlbəttə ol deməklə dünyaları yaradan allahdır bu varlıq. 2-ci bayatıda Qarabağın alçası, döşənibdir xalçası, əlbəttə bunu alça meyvəsi ilə bağlamaq qəti düzgün deyildir. Al-ocaq deməkdir, peyğəmbər ocağı. Bir nəsildən olan. Ça-isə məkan deməkdir.

Demək bayatı birbaşa peyğəmbər ocağına, onun məkanına bağlanır. Döşənibdir xalçası isə bu müqəddəs ocağın əlçatmaz gözəlliyinə işarə olunur. Mən sevdiyim o gözəl, qızılgülün qönçəsi. Yar ilk dəfə allaha deyilib. Onun ilkin görünən və dərk edilən maddi dünyamıza həyat verən (onsuz həyat mümkün deyildir) yaratdığı günəşdir ki, İbrahim ilk dəfə ona üzünü tutmaqla, Rəbbinin adını çağırır.

Qarabağın yolu var,
Çəməni var, çölü var.
Mən sevdiyim o qızın
Əcəb şirin dili var.

Bəli, şirin dil vergili adamlar, Allahın sevdiyi insanlarla danışdığı gizli səsdir. N.Gəncəviyə görə, İsgəndər gizli səslə idarə olunurdu. Gizli səsə yalnız vəhylə idarə olunan insalar malik olurlar.

Göydə ulduz oynayır,
Gözüm səndən doymayır, (Aya işarədir).
Otururam yolunda,
Qohum-qardaş qoymayır.

 Bəli, İbrahimdir bu ulduzların aşiqi (əlbəttə Rəbbinin timsalında). Bütün günü onlarla danışır. Bütpərəstlərdir onun qohum-qardaşı. İlkin olaraq bütlərə qarşı çıxdığı üçün onu məzəmmət edirlər. Sonda isə buna görə onu oda atırlar. Od gülüstana dönəndə, İbrahimi salamat görəndə hamı onun qarşısında diz çökdü, peyğəmbərlərini tanıdılar. Başqa bir bayatıda bu daha aydın görünür.

Qarabağın üzümü,
Ölürəm ört üzümü.
Əzrail sinə üstə,
Qoymur deyəm sözümü.

Üzüm burada ulduz toplusuna işarədir (bax xalq mahnıları Qara gilə, Nar gilə və b.). Bütpərəstlərdir onun sinəsinə çökən. Susdurmaq istəyir. Məryəm surəsində şeytan İbrahimə deyir qayıt geriyə, yəni bütpərəstliyə. Əks təqdirdə səni daşqalaq etdirəcəyəm. Belə də oldu sonda. Lakin İbrahim ona bildirdi ki, mən Rəbbimdən heç bir pislik görməmişəm. Üzünü çevirdi "Şama”, "Şəmə” tərəf. Yəni Günəşə üz tutdu. Günəş Rəbbin yaratdığı əvəzsiz varlıq idi, həyat mənbəyi idi. Bax buradan doğuldu atəşpərəstlik.

Bunların müqəddəs məkanı idi Qarabağ. Bunların dilindən təfəkkürə, dilə süzüldü Qarabağ sözü və adı:

Sürüynən keçi gəlir,
Saymışam üçü gəlir.
Çıxağın tamaşaya,
Yarımın köçü gəlir.

Qarabağın gecələrinin vəsfidir bu. Sürüynən keçi gəlir. Zərduşlarla bağlanan bayatıdır bu (heyvandarlar). Sürüynən gələn gecənin doğduğu ulduzlardır. Saymışam, üçü gəlir. İbrahimin üç ulduza üzünü tutmasıdır. (Ulduz, Ay və Günəş). Tamaşaya çağırır insanları. Baxın yarımın yəni Allahın yaratdığı kainata. Baxın həyatımızın həyat mənbəyi olan on iki bürcə. Həyatımızın mahiyyəti onların dövriyyəsindədir. Allahın zaman saatıdır on iki bürc. Hər bürcün özünün yaşı var. Onların yaşı, ömür vaxtı Rəbbin ixtiyarındadır. Sonuncu bürcün yaşının tamamında qurtaracaq bu dövretmə. Onun da vaxtı Rəbbin ixtiyarındadır.

Çayır çəmənnən gəli,
Qəhvə Yəmənnən gəli.
Alyanaq qaymaqdodaq,
Hər gün hamamnan gəli.

Bəli hamamnan gələn Günəşdir. İstər baba dağından, istər Bibiheybət dağından səhər-səhər baxanda Günəş elə bil dənizdən çimib çıxır.

Bəli, əziz oxucular, bu bayatıların sayını istənilən qədər artırmaq olar. Bütün bunlar Qarabağ deyilən cənnət bağı məkanından doğulan vəsflərdir.

İndi isə bayatılar aləmi ilə vəhdətdə olan xalq mahnılarında Qarabağın müqəddəsliklə bağlı tellərinə nəzər yetirək. İlkin olaraq, Şuşanın dağları mahnısına bağlanaq:

Şuşanın dağları deyil dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı.
İlkin olaraq bu beyti təhlil edək.

Əvvəla Şuşa burada təhrif olunmuş addır. Çünki söz və ya ad varsa onun lüğəti mənası ortaya qoyulmalıdır.

İ.Nəsiminin dili ilə desək, dünyanın zatı isimdə, bəyanı hərflərdədir. Demək bir hərf yerində deyilsə, həqiqi mənadan, mahiyyətdən danışmağa dəyməz. Tərəddüdlük olarsa, Şuşa adının mənası ortaya qoyulsun.

əslində bu ad; "şəşə” olmalıdır.

Şəşə - 1) parlaqlıq; 2) Təmtəraq, dəbdəbə. Burada parlaqlıq dinə, müqəddəsliyə işarədir və ya ona bağlıdır. Dəbdəbə demək bayramlar, ilkin olaraq dini bayramlar (məsələn Novruz bayramı, islama aid olmayan). Təmtəraq yəni hamılıqla. Ümumiyyətlə tədqiq edilsə Qarabağın toponimlərinin əksəriyyəti mifoloji adlardır. Yəni qədim adlardır.

Demək Şuşanın dağları deyil, dumanlı-Şuşa, səfalı yerlər, ola bilməz ki, onun dağları dumanlı olsun. Burada dumanlı deyil, müqəddəsliyə, paklığa vurğulanır. Qırmızı Qoftalı dağların üstündəki günəşə, qırmızı günəşə işarədir (Xınalı). Yaşıl tumanlı yox, əslində dağların tumanı olmayır, söz təhrif olunub. Yaşıl tunbanlı, olmalıdır (yəni gül qozulu). Tunban – gülxançı ocağı deməkdir. Demək mahnı müqəddəsliyə vurğulanan mahnıdır.

Ay qız bu nə qaş göz, bu nə tel,
Ölürəm dərdindən onu bil,
Danışmasan da, barı gül.

Danışmayan qız burada Günəşdir. Qaş-göz edən də odur, tel də onun həyat mənbəyi olan şüalarıdır. Mahnı lakonik işarələrlə müqəddəs mənaya vurğulanır. Ölürəm, dərdindən onu bil, Günəşin ilkin olaraq aşiqi İbrahim olub. Bu işarələrlə aşiq üzünü gizli şəkildə Rəbbə tutur.

Şuşada axşamlar doğar ulduzlar,
Onlardan gözəldir gəlinlər qızlar
Oturub yol üstə yarını gözlər.

Birinci bənddə Aşiq Günəşə üzünü tutur, ikinci bənddə isə ulduzlar danışır. Onlardan gözəldir gəlinlər, qızlar isə yayındırma əlamətidir. Ona görə ki, bəşəri gözəllik fərdi gözəllikdən aşağıda ola bilməz.

Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı.
Bağları, dağları qızlar oylağı.

Demək, hələ zamanında (qədim) bu müqəddəs yer hər tərəfə məlum idi. İsa bulağı düzdür dinə bağlanır. Lakin bu bulaqların İsaya heç bir aidiyyatı yoxdur. Əslində bu İsqa bulağı olmalıdır.

İsqa-susuzluğu yatıran soyuq su İsqa (t) – təsirsiz etmə, məhv etmə, pozma (paklaşdırma). Demək, Şuşanın suları müqəddəs sular sırasına daxil edilir. Əlbəttə, bu dini yozumlar İslamdan əvvəlki qədim dini yozumlara şamil olunmalıdır. Bu baxımdan bu sular tərifə layiqdir. Soyuqluğa gəldikdə, bu sular başqa meşələrdə də var.

Uca Dağlar Başında.

Uca dağlar başında səslərəm səni,

İki gözümün üstündə bəslərəm səni.

Ad gülə - gülə, yar gülə - gülə,
Mən aşiq oldum bir şirin dilə.

Bəli peyğəmbərlər Rəbbi ilə uca dağlar başında əlaqə yaradır. Zirvələrdən Rəbbə üz tutub öz nidalarını deyir. İki gözümün üstə bəsləyərəm vurğusu isə gözlərimi sənə qurban edərəm. Gözümə nur verən sənsən deyə aşiq işarə edir.

Mən aşiq oldum bir şirin dilə isə, gizli səsə işarədir bu. N. Gəncəvinin "İskəndərnamə” əsərində bu səsə şair xüsüsi qiymət verir. Vurğulayır ki, İskəndər qeybdən gələn gizli səslə (vəhlə) idarə olunurdu. Məhz mahnıda aşiq İbrahimdir ki, başqa bir mahnıda buna sanki möhür vurur.

İki kəlmə danışıb ayrıldı məndən
Əqlimi şur eylədi, şirin sözləri.

Bu gizli lakonik səslərdir. Ancaq və ancaq vəhli adamlarda olur. Yəni iki kəlmə ilə verilən təsir, edilən dalğa ilə İbrahim şeyda bülbül kimi (şeyda bülbül dəlicəsinə sevənə deyilir) mühitə ətrafa sığmadı.

Uca dağlar başında ceyran yol eylər
Sənin kimi yarı olan özgə yarı neylər.

Əvvəla dağın başında yol olmur. Ceyran isə düzdə olur. Demək işarə dağlar başında, ucada olan günəşə işarədir. Ceyrana gəldikdə bu Avestada yazılan Ahu–məaz, müqəddəs büt ceyran bütünə, onun da bağlılığı Həməl (ceyran) bürcünədir. Demək mahnı ulduzlara və ulduzların ilkin aşiqi İbrahimədir.

Sənin kimi yarı olan neynəyər özgəsini.

Kəbbə işarədir bu. Yar orta əsrlərin sonuna qədər, hətta ondan sonra da bütün şairlərin müqəddəs vurğusu olub. Yəni bütpərəstlərin azmasına, Yarı (Allahı) inkar edib bütlərə sitayişin əleyhinə çıxır.

Uca dağlar başında bir sürü qoyun
Xınalı əllərimi qoynuna qoyum.

Ucalıqda duran ulduzların toplusuna işarədir bu. Xınalı əllər isə sırf günəşə bağlılığın təzahürüdür. Xına məhz Günəşin rəmzi kimi, müqəddəs rəng kimi qəbul edilmişdir. Başqa bir mahnıda bunun təsdiqini verə bilərəm.(Mahnı)

Bizim yerlərdə çoxlu qoyun olur,

Qoyunlar otu yeyir, çoxlu südü olur

Ay Cüdey, Ay Cüdey, Ay Cüdey.

Cüdey – qütb ulduzu. bax.ə.f.lüğ.səh.766

Bəli Zərdüşlardan (Zərdüşt) üzü bəri minlərlə mahnı zaman – zaman ulduzların, günəşin vəsfinə həsr edilmişdir.

Qarabağda bir dənəsən

Qarabağda bir dənəsən
Tovuz kimi məstanəsən
Əyil öpüm gül üzündən
Etmə məni divanə sən.

Qarabağ sözünün lüğğəti – fəlsəfi mənası tamlıqla müqəddəsliyə dini baxımdan bağlanan bir söz və ya addır.

Xalq mahnılarındakı Qarabağla bağlı vurğular da, bəsit mənalarla yox, mifoloji dini, müqəddəsliklə bağlanmalı, mahnıların fəlsəfi mənası da bu yozum da açılmalıdır. Açdığım 157 mahnıdan bir neçəsini arayıb sistemləşdirsək, dediklərimiz tamlıqla tərəddüdsüz öz təsdiqini tapacaq. Bu baxımdan:

Qarabağda bir dənəsən
Tovuz kimi məstanəsən

Bu vurğular məhz Qarabağın müqəddəs bir məkana, Tovuz isə məhz dini vurğuya bağlanan sözlərdir. Tov - itaət, itaət etmə, bax.ə.f.lüğ 650. Yəni itaət baxımından rahatlıq gətirən, müqəddəssən.

Əyil öpüm üzündən
Etmə məni divanə sən.

Sarı gəlində də bu vurğular işlənir. Yəni Günəşə işarədir bu. Günəşə vurğunluq idi ki, dünyanın ilk Məcnunu (dəlicəsinə sevən) dünyaya bəxş olundu.

Yar, haray qurbanın ollam,
Ay haray qurbanın ollam.

Yar, bəsit mənada qıza yox, ilkin olaraq Rəbbin yaratdığı bəşəri qıza, (Sənəmə) Günəşə vurğunluğun təcəssümüdür ki, mahnının vurğusu tarixin dərinliyinə Atəşpərəstliyə vurğulanır.

Ay haray tərlanın ollam
Şəminə pərvanə ollam.

Burada fikrimiz bir daha təsdiqini tapır. Bəli səmada səninlə olmaq istəyirəm, Şəminə yəni sənin bəxş etdiyin Şəmə (Günəşə) pərvanə olmaq istəyirəm. Bəli İbrahim vurğunluğudur ki, min illər mahnılarda təcəssüm olmuşdur.

Ay balam vurğusu isə

Bala – 1)yuxarı, üst, uca yüksək, hündür bax.ə.f.lüğ 34.

Bəli bala sözünün lüğğəti mahiyyəti də, fikrimizə daha bir təsdiq gətirir. Bu mahnının sözləri də sanki fikrimizə yekun verir.

Ay Qara göz

Qadan alım, ay qara göz,
Səndə bu əda neçindir?
Nə üzüqaralıq etdim,
Mənə bu cəfa neçindir?

Bəli Qara – göz, Səmanın əvəzsiz, böyük gözü Günəşdir. Günəşin məhz ədaları, onun Allah tərəfindən bəşəriyyətə bəxş olunmasının, həyat mənbəyi olmasının qiymətləndirilməsidir ki, İbrahimi on altı il günəşinin etdi, sonra da oda atdırdı. Oddan salamat qurtarması, Peyğəmbərliyini bizə bəxş etdi.

Nə üzüqaralıq etdim,
Mənə bu cəfa neçindir?

Yəni nə günah etdim ki, bu cəfaların girdabına düşdüm. Allahdan ona nida gəlir, İbrahim mənim yolumda əzab çəkməyən aşiq mənim nəyimə gərəkdir axı? Bəli bütün bu dediklərimiz hamısı məhz Qarabağın müqəddəs məkanında olmuşdur. Bu məkanın xəritəsini, ərazisini, mifoloji ərazisini, mahiyyətini açmaq üçün Qarabağ şikəstəsinə üz tutaq. Tamlığını təyin etmək üçün bu şikəstəni mütləq Şirvan şikəstəsi ilə vəhdətdə götürməliyik. Belə olduqda Qarabağın ana fəlsəfi mahiyyəti tərəddüdsüz üzə çıxacaq buna şübhəniz olmasın.

Qarabağ Şikəstəsi

Deyr ey!...

Qarabağda bağ olmaz,
Qara salxım az olmaz
Qürbətdə yar sevənin
Ürəyində yağ olmaz.

Baxın, diqqətlə baxın, ulu babalarımızın lakonik, dərin mənalarla dolu eyhamlarına, işarələrinə ki, ağla gəlməyən fəlsəfələr yaratmışlar.

Şikəstənin birinci vurğusu Deyr ey!... – dir ki, bu vurğuya, onun mənasına heç kim diqqət yetirməmişdir. Şikəstənin, yüksək hayqırtı, ilə nalələrinin hara vurğulandığına heç kim varmamış bu əlçatmaz şikəstə təhlil edilib ortaya qoyulmamışdır. Şikəstənin elmi açarının 1-cisi Deyr ey!...dir.

Dünyanın ilkin səs nidası Qaval daşı ilə bağlı olmuşdur ki, həmin işarələr bunlardır. A, Ya, Ye, Ey səninləyəm, deyə ilk insanlar allaha üz tutmuşlar məhz bu vurğularla. Deyr ey-in 2-ci vurğusunun işarəsi məhz bunlardır. Bəs onda Deyr nə deməkdir. Bu söz hansı qapını açıb Şikəstənin ana mahiyyətinə insanı yönəldir?

Deyr – məbəd, (monastr, kilsə).

Deyr(i)-muğam – Zərdüştlərin və atəşpərəstlərin ibadət yeri. Bax ərəb fars lüğ. səh 130.

Demək Şikəstənin ilkin vurğusu müqəddəs ziyarətgah olan məbədə, Muğan – muğlara ilkin əcdad Nuhun nəslinə, bəli ilkin əcdad nəslinə bağlanır ki, bunun işarəsi Qabıssan qayalarında və xalçalarında var əziz oxucular.

Demək bundan sonra Şikəstənin üç dəfə deyr ey!... vurğusu ilə sözlərini açamaq heç də çətin olmayacaq.

Qarabağda bağ olmaz
Qara salxım az olmaz

İşarə Qarabağın müqəddəs torpaq olmasına, əcdad Peyğəmbərlərin ərazisi olmasına vurğulanır.
Qara salxım ulduzların toplusuna, Yarın – Allahın bağı olan kainata, onun ulduz sisteminə işarə edilir.

Qürbətdə yar sevənin
Ürəyində yağ olmaz.

Deyr işarəsi zərdüştlərə, muğlara bağlanırsa deməli qürbətdə yar sevən İbrahimdir. Bütpərəstlərin içərisində o təkdir və təbii ki, onlardan təcrid olunmaqla qürbətdədir.

Əzab çəkdiyi üçün, Rəbbin varlığını onlara başa salmaq çətin və qorxulu olduğu üçün onun ürəyində əlbəttə yağ olmayacaq.

İndi isə qarşılıqlı əlaqə yaratmaqla 2 bəndə nəzər salaq.

Deyr ey!...
Əzizinəm, kim gözlər,
Tarçalan simi gözlər.

Bu beytin açarı "Sim”lə bağlı sözlər və onların mənasındadır. Qədim mahnıların gücü ondadır ki, bir söz işarəsi ilə bir neçə mahiyyəti ortaya qoyurlar. Bu baxımdan "Sim” sözünün mahiyyətlərini açaq.

1) Sim – 3-cü məna tar və s. bu kimi simli alətlərin teli.

2) Sim(a) çöhrə bəniz.

3) Sim(a) – misiqi dinləmə; 2) Sufi dərvişlərin neylə ifa etdikləri zikrlər.

4) Sim(ak) – astronomiyada; bir-birinə yaxın olan iki işıqlı ulduz // ümumiyyətlə işıqlı ulduz. bax.ə.f.lüğ 567.

Bəli simlə bağlı bu lüğğəti terminlərin vəhdəti Şikəstənin mahiyyətini ortaya çıxarır.

Sual olunur dərvişlərin zikiri hansı məqsədə yönəlir. İlkin dərvişlər dünyada (şərq aləmində) İbrahim dininin təbliğatçıları olmuşlarmı? Bu dinin istinadgahı Günəş və ulduzlar olmamışdırmı? Bəli bu belə olmuşdur. Demək əzizinəm kim gözlər, aşiqdir bu Rəbbin yaratdığı ulduzlar onların ecazkar sistemini görünməsini gözləyir. Dünyanın yaranmasının ilkin modeli şərti olan göy və göyün ulduzlarını gözləyir aşiq üzünü onlara tutub Rəbbini axtarır aşiq:

Qaşlaraın tək qaş olmaz,
Gözlərin kimi gözlər.

Bütpərəstlərin Sənəmi olan Günəşin qaşlarıdır bu. Gözlərin kimi gözlər deməklə aşiqin həsrətini özündə təcəssü etdirir.

Deyr ey!...
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Aləm gözələ dönsə,
Yaddan çıxmaz qarabağ.

Mahnının bəndləri sanki ardıcıl fikirlərimizin təsdiqinə qapı açır. Bu bənddə Qarabağın müqəddəslik, ilkin müqəddəslik baxımından ərazi xəritəsini bizə çatdırır. Şəki, Şirvan, Qarabağ. Bu üç ad, Adəmin, Nuhun, İbrahimin məskəni məkanı olmuşdur. Qarabağın sərhəddi Şikəstəyə görə Şamaxı çuğur yurdundan başlanan bağ, İsmayıllı, Qəbələ, Şəki, İlisu və oradan da Ağdam, Şəşə (Şuşa) ərazisini özündə birləşdirir. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada Qarabağlılar məhəlləsi və ya tayfası olmasın. Var hamısında. Ona görə də Qarabağ zamanında (e.ə.) mifoloji ad kimi, ilkin dünyanın ziyarətgah məkanı olmuşdur. Adəmin düşdüyü (Allah tərəfindən yerini təyin etdiyi) yer məhz, Qarabağ ərazisi olmuşdur. Avropanın axtardığı, İncildə yazılan Cənnət bağı. Dörd qoşa çaydan birinin ətrafı. Bəli dörd qoşa çaydan ilkini məhz Kür-Araz olmuşdur.

Təbiətin Adəmidir Kür.

Təbiətin Həvvasıdır Ariz (Araz) bəzənmiş, sonradan əmələ gələn (əsli olmayan) bax.ə.f.lüğ.səh.23-295.

Kür(ə) – vilayət, ölkə.
Kürr(ə) – Yer kürəsi.

Atəşpərəstlikdən doğulan sözlərdir bunlar. O biri adlara özünüz baxın (Hind-Qanq, Fərat-Dəclə, Amu dəryasır dərya). Toponimlər dünyanın ilkin ana fəlsəfəsidir. Dünyanın fəlsəfi açarlarıdır. Elmin ilkin qapısı mifologiya ilə açılmış və açılmalıdır. O, cümlədən Qarabağ.

Bəli Adəm Baba dağına (Həzrət baba, Şah dağ, Cəddi dağ (yəni cəddimiz, əcdadımız olan dağ)). Onun zirvəsindən bütün Azərbaycan görünür. İlkin dünya hacılığı məhz burada olub. 2)Nuhun qayığı da məhz burada dayanmışdır. İncildə yazılan Bəhreyndə buradadır. Bəhri Həzər (xəzər) Bəhri mərcan və b. (bax A.A. Bakıxanov "Gülüstani-İrəm”). 3) İbrahim də oğlu İsmayıl ilə (İsmayıllıda, Alban dövləti, Girdman dövləti) (İsmayıllı onun adındadır) şeytana daş atmışlar. İndidə insanlar on dörd km, hündürlüyə 10-12 saat dağa çıxıb zirvədə şeytana daş atırlar. (İyul – avqust aylarında). Tanıdıqlarımdan axırıncı məhşurlardan Şah İsmayıl daş atmışdır. Axı bunlar təsadüfü məsələlər deyildir? Qabıssan qaya işarələri, sözləri bunları tam təsdiqidir. Qabıssan xalçalarının dünya tərəfindən açılmayan işarələri tərəddüdsüz bunların təsdiqidir? (Artıq bu işarələri oxuyub açmışam, həsrətlə qiymətləndiricisini qiymət verənini gözləyirəm). Qabıssan qaya işarələri, Azərbaycan xalça işarələri, qədim xalq mahnı və bayatılarımız bəşəriyyətin mütləq, danılmaz tərcümeyyihalıdır əziz oxucular buna əmin ola bilərsiniz. Bu işarələr elmdən qabaq, Allahın güc verdiyi bəndələri tərəfindən açıla bilər. Nə qədər oxusan da, istedadlı olmaq mümkün deyildir, bir az da Allah vergisi olanda istedad alınar. A.A. Bakıxanov. İndi isə dediyimiz ərazinin Cənnət bağı olmasını sübut etmək üçün, (Qarabağ – Cənnət bağı deməkdir) folklora üz tutaq. Onda taparıq dediklərimizin təsdiqini?!

Çıxdım Kəpəz dağına,
Baxdım Cənnət bağına,
Bənövşə calaq olub
Qızıl gül yarpağında.

Məgər bu bayatının sözləri sübut etmirmi ki, Cənnət bağı məhz buradır. Bax buna görə də Şikəstədə vurğulanan

Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Yəni əcdad Cənnət bağı buradır. Qarabağdır. Əvəzi olmayan, bənzəri olmayan, heç bir yerlə müqayisə olmayan böyük (əvəzsiz) bağ Qarabağ. İndi isə Cənnətlə bağlı Qarabağın içərisində olan əlamətlərə üz tutaq.

Cənnət bağının əlamətini nə ilə müqayisə etmək olar? Əlbəttə Cənnət meyvələri ilə Qarabağ yeganə yerdir dünyada Cənnət meyvələri toplu şəkildə burada bitir. Nadir bu cənnət meyvələri əlbəttə kompleks şəkilədə.

Nar, üzüm, alma, armud, heyva, gilənar, zeytun, əncir, taxıl. İndi isə həmin meyvələrin vəsfini xalq mahnılarında, bayatılarda araşdıraq. Hansı ki, bu bahnılar, mahnılarda vurğulanan meyvələr hamısı göylə, Rəbbin bəxşeyişi kimi hallandırılır.

Nar, Nar, Nar gilə,
Durun gedək yargilə.

Nar burada Günəşin bir adıdır. Gilə isə onun içərisindəki dənələr ulduzlara işarə deyilmişdir ki, Allah göydədir. Üzünüzü cansız bütlərə yox, sizə həyat verən kainata, onu yaradan Allaha üz tutun. Məgər mahnı buna işarə deyilmi.