Azərbaycanlı qız Türkiyədə həbs olundu – FOTO

Azərbaycanlı qız Türkiyədə həbs olundu – FOTO
17:15 17-10-2017 | icon 65

Ədirnə şəhərində oğurluq hadisəsi baş verib.

Millətinsəsi.info Unikal.org-a istinadən xəbər verir ki, oğurluqda adı hallananlardan biri azərbaycanlı qadındır.

Telefonla 11 yaşlı uşağı aldadaraq atasının polis bölməsinə aparıldığını söyləyib, 40 min lirə dəyərində zinət əşyaları ələ keçirənlərin məhkəməsi başlayıb. Biri qadın, 3-ü kişi olan qrup üzvləri məhkəmədə tutduqları əməldən peşman olduqlarını dilə gətiriblər.

Osman A. adlı şəxs oğruluq etmələrindən xəbərsiz olduğunu, uşaqdan alınan zinət əşyaların kiməsə çatdırmaq üçün aldıqlarını zənn etdiyini deyib. Bununla da günahsız olduğunu sübut etməyə çalışıb.

Günahlandırılan Aysel H. da oğruluq etmələrindən xəbərsiz olduğunu dilə gətirib. Onun dediyinə görə, zinət əşyaların itməməsi üçün alt paltarında gizlədib: “Polislər bizi saxlayanda, qaçmaq imkanımız olmadı. Mən heç avtomobildən düşməmişdim. Sürücülük vəsiqəsinin olmaması, ya da sürət həddini aşdığımız üçün saxlanıldığımızı düşündüm.

Mən qızılları alt paltarımda saxladım. Osman onu mənə verərkən, əmanət olduğunu demişdi. Polisdən niyə bölməyə aparıldığımızı soruşanda, qızılları oğurladıqlarımızı dedilər. Polisin dediyindən sonra özüm qızılları çıxarıb, verdim. Azərbaycan vətəndaşıyam, yaşayış icazəsi ilə Türkiyədə qalıram. Yaxşı bir işim var, bu cür hadisəyə əl ataraq, risk etmərəm. Mənim ailəm Azərbaycanda tanınan insanlardandır. Maddi vəziyyətimiz çox yaxşıdır. Qızıllar itməsin deyə alt paltarımda gizlətdim. Onsuz da Osman məndən həmin qızılları geri alacağını bildirmişdi”.

A.M.

loading...