AZAL "Atletiko"ya niyə "Qarabağ" təyyarəsini ayırdı?

AZAL "Atletiko"ya niyə "Qarabağ" təyyarəsini ayırdı?
14:50 17-10-2017 | icon 39

Azərbaycan Hava Yolları (AZAL) QSC İspaniyanın "Atletiko" klubuna Bakıya səfər üçün üzərində "Qarabağ" sözü yazılmış təyyarə ayırmalarının səbəbini açıqlayıb. 

Millətinsəsi.info xəbər verir ki, bu barədə Report-un sorğusunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski cavablandırıb. 

P.Kəsəmənski bildirib ki, çarter reysi barədə razılıq əldə olunduqdan sonra AZAL Madridə məhz “Qarabağ” adlı hava gəmisini göndərməyi qərara alıb. Səbəb isə həmin hava gəmisinin sifarişçinin bütün tələblərinə cavab verməsi olub.

"Atletiko" Bakıya "Qarabağ"la Çempionlar Liqasının III tur matçında qarşılaşmaq üçün gəlib. Ötən gün Madriddəki "Baraxas" Hava Limanından səmaya qalxan təyyarə 6,5 saatlıq uçuşdan sonra saat 22:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. "Airbus A340 500" markalı hava gəmisi 237 nəfərlikdir. Burada oyunçular üçün uzun səfər boyunca əlverişli biznes-zona, istirahət imkanı var. Təyyarə saatda 890 km sürətə və 15742 metr hündürlükdə uçuş imkanına malikdir. Hava gəmisinin ön hissəsində isə Azərbaycanın üçrəngli bayrağının altında "Qarabağ" sözü yazılıb.

Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.  

E.Ə.

loading...