Gözdəymə varmı?

Gözdəymə varmı?
21:03 01-10-2017 | icon 254

Bəli, gözdəymə həqiqətən mövcuddur. Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra "Ayətul-Kursi" (əl-Bəqərə, 255), "əl-İxlas", "əl-Fələq" və "ən-Nəs" surələrini oxumaq lazımdır.

Milletinsesi.info zikr.az-a istinadən bildirir ki, səhər sübh namazından sonra və məğrib namazından yarım saat əvvəl hərəsini üç dəfə oxumaq lazımdır. Həmçinin, özündə və başqa insanlarda xoşuna gələn bir şey gördükdə "Bərakəllahu fihi" deyərək ona Uca Allahdan bərəkət diləmək lazımdır. El içində olan "Bərəkallah" sözünü qaynağı da burdandır. Həmçinin, "MəşəAllah" demək. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Biriniz qardaşında yaxud özündə ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!" (İbn Məcəh, 3509).

loading...