QMİ-dən yenilik: Məscidlərdə kurslar açılır

QMİ-dən yenilik: Məscidlərdə kurslar açılır
00:48 29-09-2017 | icon 128

 

Bu ildən başlayaraq, mərkəzi məscidlərdə "Quran" kursları açılıb. Bu, əvvəllər məscidlərdə gizli, qeyri-qanuni həyata keçirilirdi. İndi isə kurslar qanuni olacaq.

Millətinsəsi.info Trend-ə istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin 1-ci müavini Salman Musayev "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, müstəqilliyin ilk illərində xaricə gedib, dini təhsil alan gənclər sonradan Azərbaycanda radikalizm meyilləri yaratmağa cəhd etdilər: "O zaman xaricdə təhsil alanlar məzhəb ayrı-seçkiliyi yaratmaq fikri ilə Azərbaycana gəlib,  təbliğat aparmağa başladılar. Bu da Azərbaycan gənclərinin müəyyən hissəsinin son dövrlərdə İslam aləmində mənfi istiqamətə gedən proseslərə yönəlməsinə təsir etdi".

S.Musayev deyib ki, biz həmrəy olmalıyıq: "Bu halda qarşımıza çıxan problemlərin həllində mühüm rol oynaya bilərik. Məscidlərdə məzhəblərindən asılı olmayaraq, birgə namaz qılınır. Bu gün tolerantlıq davam etdirilir və bundan sonra da davam etdiriləcək".

E.Ə.

loading...