FHN riskli əməliyyat görüntülərini yaydı - VİDEO

FHN riskli əməliyyat görüntülərini yaydı - VİDEO
12:56 05-05-2021 | icon 71

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın və qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, beş halda köməksiz vəziyyətdə qalma və bir nəfərin süni göldə batması faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla altı nəfər xilas edilib, iki nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.




0.29323220252991