“Space” TV-yə yeni rəhbər təyin olunub

“Space” TV-yə yeni rəhbər təyin olunub
12:07 05-05-2021 | icon 79

“Space” televiziya kanalına yeni rəhbər təyin olunub.

milletinsesi.info-ın məlumatına görə, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Ülviyyə Mikayılova “Space” televiziyasına rəhbər vəzifəsinə təyin edilib.

Ü.Mikayılova milletinsesi.info-a açıqlamasında bildirib ki, artıq kollektivə təqdim olunub və sabahdan vəzifəsinin icrasına başlayır.

Ülviyyə Mikayılova bu təyinata qədər Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub. 1998-ci ildən bugünədək bir sıra beynəlxalq qurumlar tərəfindən elan olunmuş müsabiqələrin qalibi olub.  Rusiya Federasiyası, Orta Asiya və digər MDB, eləcə də Şərqi Avropa ölkələri və Monqolustanda təhsil üzrə məsləhətçi xidmətləri göstərib.

2009-cu ildən Dünya Bankının və UNİCEF-in beynəlxalq məsləhətçisi kimi həm xaricdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə yer alıb. Hazırda ADA Universitetinin Təhsil fakültəsində baş müəllim kimi fəaliyyət göstərir. Ülviyyə Mikayılovanın elmi məqalələri bir çox yerli və xarici mənbələrdə dərc edilib.




0.26178884506226