Cüdoçularımız ilin son “Böyük Dəbilqə” yarışına çıxır

Cüdoçularımız ilin son “Böyük Dəbilqə” yarışına çıxır
11:49 05-05-2021 | icon 68

Bu gün Tatarıstanın (Rusiya) paytaxtı Kazanda cüdo üzrə ilin son “Böyük Dəbilqə” yarışına start veriləcək.

milletinsesi.info xəbər verir ki, bu gün beş cüdoçumuz Olimpiadaya lisenziya xalları verən yarışın ilk günündə mübarizə aparacaq.

Kişilər
-60 kq
1/16 final Davud Məmmədsoy – Albert Oğuzov (Rusiya)

-66 kq
1/32 final Elçin Hüseynov – Karmine Maria Di Loreto (İtaliya)

Qadınlar
-48 kq

1/16 final Leyla Əliyeva – Melani Vieu (Fransa)
1/16 final Aişə Qurbanlı – Katarina Ments (Almaniya)

-52 kq
1/16 final Gültac Məmmədəliyeva – Lus Olvera (Meksika)

Qeyd edək ki, üç gün davam edəcək “Böyük Dəbilqə” yarışında 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayacaq.




0.99810004234314