Hindistanda səkkiz şir koronavirusa yoluxub

Hindistanda səkkiz şir koronavirusa yoluxub
02:49 05-05-2021 | icon 46

Hindistanda ilk dəfə olaraq, vəhşi heyvanlar arasında da koronavirusa yoluxma faktları aşkarlanıb.

“Times of India” nəşrinin məlumatına görə, Heydərabad şəhər zooparkında saxlanılan səkkiz şir COVID-19-a yoluxub.

Qeyd olunub ki, bu, vəhşi heyvanlarda ölümcül virusun aşkar edilməsi üzrə dünyada ikinci anoloji haldır. Belə ki, ilk dəfə COVID-ə tutulmuş şirlərə Nyu-Yorkun Bronksdakı heyvanxanasında rast gəlinib.

Xatırladaq ki, Hindistan qlobal koronavirusa yoluxma statistikasına görə dünyada ikinci yerdədir. Hazırda ölkədə 20 milyondan çox insanın virusa yoluxduğu bildirilir.




0.26810598373413