Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
21:21 04-05-2021 | icon 62

Türkiyədə son 24 saat ərzində 336 nəfər koronavirusdan vəfat edib.

“Anadolu Agentliyi”nin yaydığı məlumata görə, sutka ərzində ölkə miqyasında 241.747 COVID-19 testi həyata keçirilib və 28 997 yeni yoluxma faktı aşkarlanıb.

Sağalanlara gəlincə, 38 218 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb.

Hazırda 3452 nəfər intensiv terapiya və reanimasiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.




1.2476100921631