Bakı-Tbilisi əməkdaşlığının inkişafı müzakirə olunub

Bakı-Tbilisi əməkdaşlığının inkişafı müzakirə olunub
20:28 04-05-2021 | icon 155

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirib.

"Report"a bu barədə Gürcüstan səfirliyindən məlumat verilib.

Görüşdə Bakı və Tbilisi arasında iqtisadiyyat, mədəniyyət, humanitar və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər həmçinin postpandemiya dövründə qarşılıqlı mədəniyyət günlərinin təşkili məsələsini də nəzərdən keçiriblər.

Müzakirələr zamanı paytaxt şəhərlərin qardaşlaşması ilə bağlı qərar alqışlanıb. Qeyd olunub ki, yaxın zamanlarda bununla bağlı anlaşma memorandumu üzrə işlərin yekunlaşdırılacağı gözlənilir.

Görüşdə Gürcüstan səfirliyinin BŞİH ilə birgə tədbirlərin təşkili məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.




0.30459403991699