Aslan Hüseynov faciəvi şəkildə ölüb 

Aslan Hüseynov faciəvi şəkildə ölüb 
14:35 04-05-2021 | icon 105

Müğənni Aslan Hüseynov vəfat edib.

Baku TV xəbər verir ki, müğənni Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzasına düşüb.

Hadisə zamanı Aslan Hüseynovun idarə etdiyi avtomobil “KamAz”a çırpılıb. Bu zaman müğənni və yanındakı şəxs həyatını itirib.

Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev milletinsesi.info-a açıqlamasında bildirib ki, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni Aslan Hüseynovdur. 

Daxili İşlər Nazirliyi müğənni Aslan Hüseynovun öldüyü avtomobil qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Aslan Hüseynov (müğənni) idarə etdiyi BMW markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə vurmuşdur. 

Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün “Instagram” hesabından anasının vəfat etməsi ilə bağlı paylaşım edib. Qeyd edək ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə müğənni Aslan Hüseynovun Qaradağ rayonu ərazisində avtoqəzada öldüyünə dair məlumatlar yayılıb. 




0.38511300086975