TƏBİB-ə qarşı növbəti AĞIR İTTİHAM: “O dərmanlar uşaqların ölümünə səbəb ola bilər”

TƏBİB-ə qarşı növbəti AĞIR İTTİHAM: “O dərmanlar uşaqların ölümünə səbəb ola bilər”
14:06 04-05-2021 | icon 400

“TƏBİB-in uşaqların müalicəsi üçün yaydığı protokolda qeyd olunan dərmanların istifadəsi qadağandır”.

Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in uşaqlarda SARS-CoV-2 virusuna yoluxma zamanı yaydığı protokolu dəyərləndirən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

O vurğulayıb ki, protokolda yer alan əsas səhvlərdən biri uşaqlarda müalicə bölümü və burada tətbiqi məsləhət görülən bəzi dərmanların adları ilə bağlıdır:

nuranabdullayev

“Həmin dərmanların bəzilərinin, ümumiyyətlə, dünyada uşaqlar üçün istifadəsi qadağandır. Digər tərəfdən isə dərmanların adları yazılarkən, uşaqlarda ciddi fəsadlar törədə biləcək (hətta ölümə səbəb ola biləcək) yan təsirləri nəzərə alınmayıb.

Bu cür protokolun tətbiqində yol verilən məsuliyyətsizlik heç bir halda qəbuledilən deyil. Nəticə etibarilə, hansısa rayonda olan həkim bu dərmanı uşağa verib azyaşlının ölümünə səbəb olsa, günahın kimin boynunda qalacağını çox gözəl başa düşdüyümüzdən bu protokolun qısa zamanda dəyişdirilməsini və elmi əsaslarla tərtib edilməsini TƏBİB-dən tələb edirik.

Bu cür protokolların tətbiqində TƏBİB tərəfindən yol verilən belə ciddi səhvlər həmin qurumun bu kimi məsələlərdə nə qədər “səriştəli” olduğunu bir daha göstərdi”.

Qeyd edək ki, bu iradlarla bağlı bağlı TƏBİB-in mövqeyini öyrənməyə çalışsaq da, davamlı cəhdlərimiz nəticəsiz qaldı.

 




0.26386904716492