Moskvada mehmanxanada yanğın: Yaralılar arasında uşaqlar var - VİDEO

Moskvada mehmanxanada yanğın: Yaralılar arasında uşaqlar var - VİDEO
12:07 04-05-2021 | icon 71

Rusiya paytaxtının cənub-şərqində “Veçnıy zov” mehmanxanasında yanğın baş verib.

Bu barədə “İnterfaks” xəbər yayıb.

Hadisə vaxtı binada 107-si uşaq olmaqla 305 nəfər olub.

Yanğından yeddi nəfər zərər çəkib, onlardan ikisi uşaqdır.

Yanğın hazırda söndürülüb.

Hadisənin səbəbləri ilə bağlı yoxlamalara başlanılıb.




0.24461483955383