Lənkəranda ana doğuşdan sonra ölüb

Lənkəranda ana doğuşdan sonra ölüb
23:00 03-05-2021 | icon 95

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ana ölümü qeydə alınıb.

“Report” xəbər verir ki, 2001-ci il təvəllüdlü Rəqsanə Səmid qızı Xangəldiyeva dünən doguş sancıları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə qəbul olunub. R.Xangəldiyeva bu gün əməliyyat yolu ilə oğlan uşağı dünyaya gətirib. Lakin qadın bir neçə saat sonra dünyasını dəyişib.

Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, birinci cərrahi doğuş diaqnozu ilə daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.




0.28066682815552