Gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti İntiqam Babayev əvəz edir

Gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti İntiqam Babayev əvəz edir
13:28 03-05-2021 | icon 355

Xəbər verdiyimiz kimi, gənclər və idman naziri  Azad Rəhimov 57 yaşında ABŞ-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Azad Rəhimovun səlahiyyətlərini nazir müavini İntiqam Babayev əvəz edir.

İntiqam Babayev kimdir?

Babayev İntiqam Vaqif oğlu 22 iyun1974-cü ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə 247 saylı orta məktəbi bitirmişdir.

1991-1996-cı illərdə Bakı Dövlət Universitetdə ali təhsil almış, tarix fakültəsinin məzunu olmuşdur.

1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almış, İnzabati idarəetmə fakültəsinin məzunu olmuşdur.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlamışdır.

1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri,

1999 – 2000 ildə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən etibarən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

İctimai fəaliyyət:
1991 – 1994 Tarixçi - tələbələrin Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü
1994 – 1998 Bakı Gənclər Klubunun prezidenti
1995 – 1998 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Ailəlidir, 2 övladı var.

Azərbaycan Respublikası Prezidentinin 2 mart 2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.




0.37878108024597