DİN Mehdiabad bələdiyyəsinin sədrini cərimələdi

DİN Mehdiabad bələdiyyəsinin sədrini cərimələdi
13:07 03-05-2021 | icon 62

Mayın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Mehdiabad Bələdiyyəsinin sədri V.Hüseynov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 




0.28204298019409