Sabunçuda ahıl kişini maşın vurdu: Vəziyyəti ağırdır

Sabunçuda ahıl kişini maşın vurdu: Vəziyyəti ağırdır
09:35 03-05-2021 | icon 64

Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində yolu keçən 1951-ci il təvəllüdlü Mustafayev Adil Rza oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.




0.22948288917542