Şəhid bacısı işlə təmin olundu - VİDEO

Şəhid bacısı işlə təmin olundu - VİDEO
10:35 09-04-2021 | icon 43

Şəhid Rauf İbadovun bacısı Banu İbadova işlə təmin olunub.

Bu barədə milletinsesi.info-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Rauf İbadov atası “Azəriqaz” İB-nin əməkdaşı Məhərrəm İbadov deyib ki, oğlu Füzuli, Cəbrayıl, Laçın dəhlizi istiqamətində gedən əməliyyatlarda böyük şücaət göstərib.

O, oktyabrın 23-ü Laçın dəhlizi uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhid olub. Birliyin baş direktoru Ruslan Əliyev şəhid ailəsini ziyarət edərkən onların qayğıları ilə maraqlanıb, müraciətlərinə mütləq baxılacağına söz verib. Qısa müddət ərzində şəhidin bacısı Banu İbadova “Azəriqaz” İB-də işlə təmin olunub.

Qeyd edək ki, şəhid ailəsi Abşeron rayonunun Saray qəsəbəsində yaşayır. Şəhid Rauf İbadovun bacısı Banu İbadova Bakı Regional Qazın Satışı Departamentində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirəcək.




0.92594385147095