Papadan kasıb ölkələrlə bağlı ÇAĞIRIŞ

Papadan kasıb ölkələrlə bağlı ÇAĞIRIŞ
10:21 09-04-2021 | icon 37

Katoliklərin dini lideri Papa Fransisk dünya maliyyə menecerlərini koronavirus pandemiyasından təsirlənən kasıb ölkələrin borc yükünü azaltmağa çağırıb.

“Haber Global” məlumat verir ki, o, BVF-in (Beynəlxalq Valyuta Fondu) və Dünya Bankının illik toplantısının iştirakçılarına göndərdiyi məktubda COVID-19 epidemiyasının dünyanı sosial-iqtisadi, ekoloji və siyasi böhranlarla barışmağa məcbur etdiyini bildirib.

Papa qeyd edib ki, bu böhranlar bir-biri ilə əlaqəlidir.

Papa bildirib ki, kasıb və zəif inkişaf etmiş ölkələrin beynəlxalq bazara çıxışını asanlaşdırmaq lazımdır:

“Yoxsul ölkələrin pandemiya ilə daha da pisləşən borc yükündə nəzərəçarpacaq azalma olmalıdır”.




0.45490097999573