Prezident İƏT-in Baş katibini “Dostluq” ordeni ilə təltif edib

Prezident İƏT-in Baş katibini “Dostluq” ordeni ilə təltif edib
19:14 08-04-2021 | icon 14022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Osaymini qəbul edib. 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymi “Dostluq” ordeni ilə təltif olunub.

AZƏRTAC xəbər verir, Prezident İlham Əliyev Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl Osayminə “Dostluq” ordeni təqdim edib.

O, Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.




0.70408391952515