Baş prokuror itkin düşən 25 hərbçinin ailə üzvlərini qəbul edib

Baş prokuror itkin düşən 25 hərbçinin ailə üzvlərini qəbul edib
17:28 08-04-2021 | icon 221

Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb. Milletinsesi.info bu barədə qurumun Mətbuat xidmətindən məlumat alıb.

Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Hərbçilərin yaxınları bildiriblər ki, K. Əliyev onları daha əvvəl də qəbul edib, lakin bunun heç bir nəticəsi olmayıb.
Qeyd edək ki, itkin düşən hərbçilərin yaxınları axtarışların lazımi səviyyədə aparılmadığını iddia edirlər. Onlar bu iddia ilə bir neçə gün əvvəl Müdafiə Nazirliyinin də qarşısında etiraz aksiyası keçirmişdilər.




0.27838706970215