Çempionlar Liqasında öz mövqeyində ən çox qol vurmuş futbolçular - ADLAR

Çempionlar Liqasında öz mövqeyində ən çox qol vurmuş futbolçular - ADLAR
14:28 08-04-2021 | icon 39

UEFA Çempionlar Liqasının tarixində öz mövqeyində ən çox qol vurmuş futbolçuların adları açıqlanıb.

milletinsesi.info məlumat verir ki, siyahıda adı olan 11 futbolçudan dördü artıq karyerasını başa vurub.

Qapıçı mövqeyində üç qolla Almaniya millisinin və “Bavariya”nın sabiq qolkiperi Xans Yorq Butt qərarlaşıb.

Müdafiə xəttində ispaniyalı futbolçular dominantlıq edir.

Karyerasını başa vurmuş İvan Helquera mərkəz müdafiəçisi olmağına baxmayaraq rəqib qapılarına 15 dəfə yol tapa bilib.

Eyni göstəriciyə “Barselona” klubunun futbolçusu Jerar Pike də imza atıb.

Madridin “Real” klubunun müdafiəçisi Serxio Ramos da Çempionlar Liqasında 15 dəfə fərqlənə bilib.

Sol cinah yarımmüdafiəsi olmuş braziliyalı Roberto Karlosun hesabında isə 16 qol var.

Digər braziliyalı Kaka isə yarımmüdafiə xəttində ən çox qol vuran futbolçularından biridir. Xüsusən “Milan”dakı karyerası ilə tanınmış futbolçu Çempionlar Liqasında 30 qol vura bilib.

İngiltərə millisinin və “Mançester Yunayted” klubunun sabiq yarımmüdafiəçisi Pol Skoulz 24 dəfə fərqlənməyə imkan tapıb.

Almaniya milli komandasının eks-üzvü, “Bavariya” komandasının 31 yaşlı futbolçusu Tomas Müller isə Avropanın ən nüfuzlu klub turnirində 47 dəfə fərqlənib.

Hücumçular arasında ən yüksək nəticə Portuqaliya milli komandasının və “Yuventus”un futbolçusu Kriştianu Ronalduya məxsusdur. 36 yaşlı ulduz Çempionlar Liqasında 134 dəfə qol sevinci yaşayıb.

Onun ən yaxın izləyicisi Argentinalı Lionel Messidir. “Barselona”nın 33 yaşlı futbolçusu turnirdə 120 qol vura bilib.

2020-ci ilin ən yaxşı futbolçusu, polşalı Robert Levandovski Çempionlar Liqasında 73 qol vurmağı bacarıb.




0.35016798973083