Hacıbala Abutalıbov: "Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır"

Hacıbala Abutalıbov: "Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır"
12:36 08-04-2021 | icon 355

Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

MillətinSəsi.info-nun xəbərinə görə, Hacıbala Abutalıbov Demokrat.az-a deyib ki, onun saxlanması ilə əlaqədar yayılan xəbərlər yalandır: "Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır".

Xatırladaq ki, Qənimət Zahid "Azərbaycan saatı" verilişində Hacıbala Abutalıbovun həbs edilməsi ilə bağlı məlumat yayıb. 

Qeyd edək ki, Hacıbala Abutalıbov 2001-ci ildə Bakı Şəhər İcra başçısı təyin olunmuşdu. 2018-ci ildə isə vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilmişdi. 2019-cu ilin oktyabrın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Baş Nazirin müavini Hacıbala Abutalıbov işdən azad edilib.

 




0.33431196212769