Azərbaycanda partiya sədrinin müavini komaya düşdü

Azərbaycanda partiya sədrinin müavini komaya düşdü
11:49 08-04-2021 | icon 42

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli COVID-19 xəstəliyinin təsirindən komaya düşüb, həyat yoldaşısa dünyasını dəyişib. Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb. 

O bildirib ki, A. İsmayılbəyli koronavirusdan əziyyət çəkir: “Onun həyat yoldaşı Mərziyyə xanım COVİD-19-dan dünyasını dəyişib. Hazırda Arif bəy özü koronavirusla mübarizə aparır, komadadır”.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.




0.24338388442993