Masallıda poçt şöbəsindən seyf oğurladılar

Masallıda poçt şöbəsindən seyf oğurladılar
11:28 08-04-2021 | icon 44

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində poçt şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında Masallı rayonunun Türkoba kəndindəki poçt şöbəsindən içərisində POS terminal, əmək haqqı kartları, təqvim möhürü və s. olan dəmir seyfin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların həmin rayonun Türkoba kənd sakinləri A.Mirağayev və F.Əbilov olduqları müəyyən edilib. Oğurladıqları seyf içərisindəki əşyalarla birlikdə aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.




0.35718703269958